Odurakəran — Azərbaycan Respublikasının Yardımlı rayonunun Sırıq kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Dağətəyi ərazidədir. XIX əsrə aid ədəbiyyatda Ordukəran kimi qeyd edilmişdir. Oykonim Ürdükəran adının təhrif olunmuş variantı hesab olunur. Kəndin adı talış dilindəki ürdü — (qamış) və kəran (evlər, kənd) sözlərindən ibarət olub, "qamış evlər" mənasındadır.(ATEL, I c.s.141) Akad. B. Budaqov da bu fikirdədir. (www.budaq.com). Astara rayonunuda da eyniadlı bulaq və kənd adı mövcuddur. Toponimin talış dilində izahı tamamilə yanlışdır. Oykonim ordu/urdu və kəran komponentlərindən ibarətdir. Mənbələrin təsdiqlədiyi kimi Odurağaran Ordukəranın təhrif edilmiş formasıdır. Odur ki, toponimin əvvəlki adı (Ordukəran) üzərində fikir söyləmək daha doğrudur. Ordu sözü mənbələrdə "kağanın yaşadığı şəhər" mənasında qeyd olunur.(Azərbaycan dilinin tarixi, s.139) Q. Qeybullayev hunlardan danışarkən Urdi və Urekan toponimlərini də qeyd edir."Toponimiya Azerbaycana", s.31

Urdu "Drevnetyurkskiy slovar"da "ostanovka", "mesto prebıvaniya" (yaşayış yeri –Ş. M.) mənasında qeydə alınmışdır. (DTS., s.154). Ordu sözü "stavka", "rezidençiya xana" (xanın iqamətgahı–Ş. M.) (DTS, səh.370), "Kitabi–Dədə Qorqud" dastanlarında isə "kənd, mahal", "yaşayış yeri" mənasında işlənmişdir: "Otuz iki dişdən çıqan bütün orduya yayıldı; Atının cilovsın döndərdi, ordısına gəlür oldı; Oğlanı ata bindirdilər, alubanı ordısına gətdilər.R. Məhərrəmova. Kitabi-Dədə Qorqudun söz xəzinəsi, Bakı. 2007, s.109;183

İstinadlar

Kateqoriya:Yardımlı rayonunun kəndləri