Xoltəzəkənd — Azərbaycan Respublikasının Neftçala rayonunun Xol Qarabucaq kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Xoltəzəkənd oyk, mur. Salyan düzündədir. 1918–20-ci illərdə ətraf kəndlərdən köçüb gəlmış ailələr Xol adlanan sahədə məskunlaşmış və yeni yaranmış yaşayış məntəqəsi Xoltəzəkənd adlanmışdır. Oykonim "Xolda salınmış təzə kənd" mənasındadır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Əhalisi İlk dəfə kənd əhalisi 1936-cı ildə məskunlaşıb. Əhalisi 1065 nəfər. 213 təsərrüfat mövcuddur.
İlk ailələr Xol Qaraqaşlı kəndindən gələrək kəndin ərazisi genişləndirilərək yaranıb.
Kəndin etnik tərkibi azərbaycanlılardır.
İqtisadiyyat Rayon mərkəzindən Xol Qaraqaşlı kəndinə qədər olan ərazi əvvəllər qırlı asfalt olsa da əsaslı təmir olmadığından yollar həddindən artıq dərəcədə bərbad vəziyyətdədir.
Mədəniyyət Respublikanın hər bölgəsində olduğu kimi ənənəvi təhsil sistemindən interaktiv təlim sisteminə keçib.
İcmada təhsillə bağlı məktəbin təmirsiz olması, dərs keçmək üçün İkt avadanlıqlarının olmaması, bəzi metodik və əyani vəsaitin olmaması.
İstinadlar
Kateqoriya:Neftçala rayonunun kəndləri