Ərəbşahverdi — Azərbaycan Respublikasının Qobustan rayonunun Qurbançı kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kənd dağətəyi ərazidədir. Ərəbşahverdi XIX əsrdə ərəb mənşəli böyük tayfalardan birinin adı idi. 1870-ci ildə 250 ailədən ibarət olan bu tayfa sonralar üç hissəyə parçalanmışdı. İki hissədən ibarət olan ərəbşahverdi tayfasının 70 ailəlik bir hissəsi həmin illərdə Göyçay qəzasına köçərək indiki Ərəbşahverdi kəndinin əsasını qoymuşdu.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 649 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İstinadlar

Kateqoriya:Qobustan rayonunun kəndləri