Yenikənd — Azərbaycan Respublikasının Sabirabad rayonunun Quruzma kənd inzibati ərazi dairəsində kənd.
Coğrafi vəziyyəti Sabirabad rayonunda Kür çayının sol sahilində yerləşir, Kovlar və Qəzli kəndləri ilə həmsərhəddir. Tuğay meşələrinin bir hissəsi də Yenikənd kəndi ərazisindədir. Bu meşələrdə canavar, çaqqal, dovşan və s. heyvanlar yaşamışlar. Amma hal–hazırda bu meşələrdə ancaq çaqqal və vəhşi dovşanlar qalmışdır.
Kəndin ortasından Val arxı keçir. Bu arx Kür çayından çəkilib və kəndin suvarma sistemində çox əhəmiyyətli yerə sahibdir.
Əhali Əhalisi 2016 nəfərdir.
Tarixi
Təhsil Kəndin mərkəzi hissəsində Afət Ağarəhimov adına Yenikənd kənd orta məktəbi vardır.
İqtisadiyyatı Kənddə 10-a yaxın mağaza, bir yeməkxana və bazar fəaliyyət göstərir. Kənd əhalisi əsasən əkinçiliklə və maldarlıqla məşğul olur.
İstinadlar
Kateqoriya:Sabirabad rayonunun kəndləri