Qalağayın və ya Qalaqayın — Azərbaycan Respublikasının Sabirabad rayonunun Qalağayın kənd inzibati ərazi dairəsində kənd. Tarixi Səfəvilər dövləti,Joachim Ottens. Nova ac Verissima Maris Caspii.1723 Cavad xanlığı, Şirvan xanlığının qala şəhəri və Muğan mahalının mərkəzi.

Tarixi

Etimologiya

thumb|Şirvan sərhədləri yaxınlığında ticarət kəsişməsi. Kür və Araz çaylarının birləşməsi. Cavad və Qalaqayın, 1714-cü il. Müəllif Kornelis de Bryuyin Sabirabad rayonunun ən qədim kəndi və etnotoponimlərdən biri Qalaqayındır. Mənbələrə görə başlanğıc tarixi 4-cü əsrə aiddir. Əfsuslar olsun ki, ilkin dövrlərə aid geniş məlumat yoxdur. "Xavər zəmin", yəni "Günəşli torpaq" adı ilə tanınan Muğan torpağı bir çox illər ərəblərin, türklərin, farsların və digər yadelli işğalçıların təqiblərinə məruz qalmış, lakin düşmənlərin bütün hücumlarını dəf edərək basılmaz qalaya çevrilmişdir. O vaxtlardan da "Xavər zəmin" Qalaqayın adı ilə əvəz olunmuşdur.

Bu ad qala sözündən və türkdilli kayın (qayın) tayfasının adından ibarət olub, "qayınların qalası" mənasını bildirir. Kayın adlı tayfa indi də Cənubi Azərbaycanda yaşamaqdadır. Bu adda tayfa başqa türkdilli xalqların (qazax, qırğız, başqırd) tərkibində də vardır. thumb|Qalaqayın (). 1730-cu ildə tərtib olunub. Müəllif Matthaus Seutter Başqa versiyaya görə qədim türk dilində və Orxon-Yenisey abidələrində su məhfumu ka//qa, kal//qal şəklində ifadə olunur. Hətta qədim çay və göl adlarında bu sözlər indi də qalmaqdadır: O-ka, Vol-qa, Bay-kal və s. Qalaqayın sözündə "Qala" su, "qayın" isə birləşən deməkdir. Elə buradaca yadımıza qayınata və qayınana sözləri düşür. Qayın-ata, qayın-ana, yəni sonradan birləşən ata və ana. Kür və Araz çayları Sabirabad rayonunda bir–birinə qovuşur. Qalaqayın — Suqovuşan sözünün buradan yaranması da şübhəsizdir.

Azərbaycan ərazisində çoxlu toponimlər mövcuddur, güman edildiyi kimi, belə toponimlər (etnotoponimlər) Abdal, Abad, Abadkənd, Bazar, Bayan, Baltalı, Bostançı, Qurt, Cağatay, Duvannı, Qalaqayın, Qaracalar, Qarğalı, Kərki, Qurqulu, Qılıçlı, Ulucalar, Danaçı və Yaycı kimi əks etdirən bəzi türk boylarının adları mövcuddur. Bu etnotoponimləri aşağıdakı türk etnikləri ilə əlaqələndirmək olar: abdal, avat, bazar, bayan, balta, boston, qurt, çağatay, duvan, kain/qain, qarac, kərki, kirgil, kiliç, olco, tana, yayci və s.Г. А. Гейбуллаев, О НЕКОТОРЫХ АЗЕРБАЙДЖАНСКИХ ЭТНОТОПОНИМАХ, 1985.

Bu toponimdəki "y" səsi danışıqda əlavə olunmuşdur. Keçən əsrə aid mənbədə kəndin adı "Qalaqanı" kimi qeyd olunmuşdur. XIX əsrin 20-ci illərində tərtib olunmuş mənbədə göstərilir ki, "Qalaqanı" bir qalanın adıdır və ətraf kəndləri idarə edən bəy orada oturur. Görünür ki, bu qala hələ orta əsrlərdə mövcud olmuş, 1798-ci ildə orada olmuş alman səyyahı marşal fon Biberşteyn yazır: "Kürlə Arazın qovuşduğu yerdə Qalaqanı adlanan qalanın xarabalıqları görünür. Bu məlumatlardan aydın olur ki, "Qalaqayın" toponimi Qala — "möhkəmləndirilmiş yer" və "Qayın" hissələrinə ayrılır və bütövlükdə "Qayın qalası" mənasını verir. Qeyd edildiyi kimi əslində bu toponim "Qala Qanı" kimi olmuş, lakin danışıqda "y" səsi əlavə edilmişdir. Yuxarıda adını çəkdiyimiz səyyah yazır ki, kəndin əhalisi Muğanda yaşayan maldar icmalara məxsus ailələrdir. Lakin araşdırmalar göstərmişdir ki, Qalaqayın toponimindəki Qayın (Qanı) sözü bir türk mənşəli tayfanın adıdır. Əvvəldən qeyd edilməlidir ki, bu tayfanın adı Ağsu rayonundakı Qalaqanılı kəndinin adında da qalmışdır və əslində Qalaqanını Qalanılının fonetik ("l" səsinin danışıqda "n" səsilə əvəzlənməsi) formasıdır. Ağsu rayonundakı Qalaqanılı adının sonundakı "li" şəkilçisi göstərir ki, bu kənd mənşəcə Qalaqayın kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Lakin bu hadisənin nə vaxt baş verdiyi məlum deyil. Hər iki toponimin tərkib hissəsini təşkil edən "Qanı" etnonimi ilə düzəlmiş toponimlər başqa yerlərdə də vardır. Keçən əsrdə Gürcüstanda Kani–turqoba, Qanı–Yurt, Qars əyalətində Qaynı–Dərə kəndlərinin adları məlumdur.Пагирев Д. Д. Указ. раб., с. 124. Aydınlaşır ki, bu tayfanın adını əks etdirən yaşayış məntəqə adları başqa ölkələrdə də vardır. Qazaxıstanda Kaindi (əslində Kainli kimi nəzərdə tutulmalıdır, çünki, qazax dilində başqa türk dillərindəki kimi "l" səsi "d" və "t" kimi tələffüz olunur) adlı 3 kənd və Kain adlı çay vardır. Qırğızıstanda isə Boston–Kain adlı kənd və tayfa var. Kain (və ya Qain) adlı kənd İranda da qeyd olunmuşdur. Hələ XIII əsrdə İranın şərqində–Xorasanda Qain adlı mahal və şəhər mövcud idi. Bu toponimlər göstərir ki, onlar Kain (Qain) adlı tayfanın müxtəlif yerlərində məskulaşması nəticəsində yaranmışdır. Maraqlıdır ki, Qain adlı tayfa başqırdlarda və Qərbi Sibirdə Şorlarda vardır. Güman ki, qədim kain, qain tayfasının müəyyən hissəsi səlcuq oğuzlarının tərkibində Xorasan tərəfdən İrana və Azərbaycana gəlmiş, buradan da bir hissəsi Gürcüstana getmişdir. Qeyd edilməlidir ki, İranda hazırda Qum şəhəri yaxınlığında Qain adlı türk tayfası yaşayır və onun adını əks etdirən çoxlu toponimlər vardır.Руденко С. И. Башкиры. М,— Л.; Изд-во АН СССР, 1955; Кузеев Р. Г. Указ. раб., с. 34; Долгих Б. О. Родовой и племенной состав народов Сибири в XVII в. М.: Изд-во АН СССР, 1960, с. 110–111. thumb|Qalaqayın (). Müəllif Adam Oleari. Xəritə 18-ci əsrin birinci rübündə tərtib olunub 1796-cı ildə qraf V. A Zubovu Qacar yürüşündə müşayiət edən məşhur "Flora tauro–caucasica" əsərinin müəllifi Marşal Bieberşteyn, daha sonra ipəkçilik üzrə müfəttiş kimi, Qalaqayına, Arazın birləşdiyi (Kürlə) Cənubi Qafqaz bölgəsinə tez–tez baş çəkirdi. Arazın Kürlə qovuşduğu yerdə, Cavada (qala) bağlı olan qala bu yaxınlarda Ağa Məhəmməd xan tərəfindən dağıdıldı. 1798-ci ildə orada olmuş alman səyyahı marşal fon Biberşteyn yazır: "Kürlə Arazın qovuşduğu yerdə Qalaqanı adlanan qalanın xarabalıqları görünür. Bieberşteyn hesab edir ki, bu, Herbelotun Azərbaycan sərhədindəki məşhur qala hesab etdiyi "Kala al Nagia"dır (Qala əl Nahiyə).

Rusiya ordusunun polkovniki Mişşenkonun general–adyutant Paskeviçə 23 oktyabr 1826-cı il tarixli Cavad kəndi düşərgəsində olarkən məruzəsində; "Mən dərhal Salyanı mühafizə edən yüksək rütbəli Haşım xandan Cavad keçidindən qovulan fars (Qacar) qoşunlarının qaçdıqdan sonra Sarıqamışda durduğu və dərhal 2000 sərbazın onları Cavad keçidinə götürüb Muğan qalası Qalaqayını ələ keçirmələrinə yardım edəcəkləri xəbərini aldım; dayandılar və hələ də oradadırlar; nə etmək niyyətindədirlərsə hələ bilmir; amma o maraqlandığı məlumatı aldıqdan sonra mənə hesabat verəcək" deyə məlumat vermişdir. Bu fakt hələ ruslar tərəfindən 18-ci əsrin birinci yarısında Qalaqayın adlı qalanın yenidən təmir olunduğunu sübut edir.

Tarixçilərin yazdığına görə 1736-cı il 21 martda təşkil olunacaq qurultay üçün

Ağa Məhəmməd şah Qacar da özünü Qalaqayında şah elan etmişdir. Qafqazda rus ordusunun əsas qüvvələri Yəni Şamaxıdan (Ağsu) hərəkət etdi və noyabrın 21-də Kür və Araz çaylarının qovşağında dayandı. Gələn ilin yazına kimi qışı burada keçirtmək nəzərdə tutulurdu. Dənizdən desant çıxartmaq yolu ilə rus eskadrasının onlara kömək göstəriləcəyini güman edilirdi. Rusiyanın nəzərləri artıq Cənubi Azərbaycana və Xəzər dənizinin cənub sahillərinə yönəlmişdi.AKAK, c. Vl, his. 2, əlavələr, sən. 38 Bu hərəkətlər Ağa Məhəmməd şahın hakimiyyətinə güclü zərbə endirməli idi. Haqqında danışılan planı 1797-ci ilin yazında gerçəkləşdirmək nəzərdə tutulurdu. Düşərgə Kür və Araz çaylarının qovuşduğu yerdən bir qədər aşağı, Kürün sol sahillərində yerləşirdi. Rus qoşunları burada yaxşı istirahət etdilər, çünki, Bakıdan dəniz, Kür çayında kifayət qədər balıq var idi, Gürcüstandan donuz sürüləri gətirilirdi. Qoşqu heyvanları və atlar üçün kifayət qədər ot var idi.

Azərbaycanda möhkəmlənməyi qarşısına məqsəd qoymuş rus hakimiyyət orqanları bir sıra siyasi–iqtisadi tədbirlər həyata keçirməyə çalışırdılar. Zubov rus qoşunlarının mövqeyini möhkəmləndirmək və diyarın iqtisadi mənimsənilməsini təmin etmək üçün layihə hazırlamışdı. Bu layihəyə görə Kürlə Arazın qovuşduğu yerin yaxınlığında — Cavad yanında, yəni Qalaqayında II Yekaterinanın şərəfinə Yekaterinaserd adlanan qala salınmalı idi. Bura iki min cavan rus əsgəri göndərilməli, gürcü və ermənilər onlara gəlin verməyə məcbur edilməli idilər.Зубов (1873), 889–890)"Дубровин Н. cild 3. 1886 193"

Bu qala cənuba qarşı yönəlmiş dayaq məntəqəsi olmalı idi. Bununla yanaşı, həmin qala ticarət qovşağı,Xəzər, Cənubi Qafqaz, qismən Orta Asiya və İran ticarətinin iri bazarı olmalı idi.Левиатов В. Н, 187 Kürün Araza töküldüyü yerdə Yekaterinaserd qalasının tikintisi üçün hətta Peterburqdan ustalar müəyyənləşdirilib göndərilmişdi.Бутков П., II c., 418–419

1796-cı ilin noyabrın 6-da II Yekaterinanın ölümü hadisələrin gedişini dəyişdirdi. Hakimiyyətə gələn I Pavel əks siyasət yeritməyə başladı. O, rus qoşunlarının tezliklə Cənubi Qafqazdan çıxarılması barədə sərəncam verdi. V. Zubova II Yekaterinanın vəzifəyə təyin etdiyi adam kimi nifrət bəsləyən I Pavel bütün alay komandirlərinə qoşunların Qafqaz xəttinə geri qayıtması barədə buyruqlar göndərdi. Rus qoşunlarının çıxarılması başladı, lakin bəzi hissələr 1797-ci ilin martına kimi Muğanda qaldılar.Левиатов В. Н, 188

thumb|Həsən xan Muğanlının rəssam Rizvan Qarabağlı tərəfindən çəkilən portreti Cavad xanı Həsən xan Muğanlı Qalaqayında anadan olmuşdur. 1789-cu ildə vəfat etmişdir. Övladlarından birinin adı Məhəmmədsalah хandır. O dövrdə xanlıqlar nikah vasitəsilə münasibəti gücləndirirdilər. Eləcə də qalaqayınlı Məhəmmədsalah xan qızları Xeyrənisəni Talış xanlığının hökmdarı Mir Həsən xana, Pəricahan xanımı isə Şirvan xanlığının sonuncu xanı Mustafa xana ərə vermişdir.

1850-ci ilə aid Muğan mahalı (Lənkəran qəzası) kəndlərinin kameral təsvirində Məhəmmədsalah xandan sonra ailə rəisi kimi Rüstəm bəy (48 yaşında) adlı oğlu olduğu və Rüstəm bəyin Bəşir bəy (16 yaşında), Edil bəy (6 yaşında), Cəfərqulu bəy (2 yaşında) adlı övladları və böyük qardaşı Mustafa bəyin Musa bəy (20 yaşında) adlı oğlu olduğu qeyd edilib.

Qalaqayın bəylərinin siyahısı (1850 və 1873–1886-cı illər) Sıra Bəy Yaşadığı illər Haqqında1Praporşik Rüstəm bəy Məhəmmədsalah xan oğlu1802-?Ailə rəisi2Bəşir bəy1834-?Rüstəm bəyin oğlu3Kərim bəy1880-?Bəşir bəyin oğlu4Edil (Adil) bəy1844(1846)-?Rüstəm bəyin oğlu5Qanbay bəy1868-?Edil (Adil) bəyin oğlu6Əşrəf bəy1870-?Edil (Adil) bəyin oğlu7Teymur bəy1872-?Edil (Adil) bəyin oğlu8Qulamirzə bəy1878-?Edil (Adil) bəyin oğlu9Cəfərqulu (Cəfər) bəy1848(1845)-?Rüstəm bəyin oğlu10Aslan bəy1881-?Cəfərqulu (Cəfər) bəyin oğlu11Səməndər bəy1882-?Cəfərqulu (Cəfər) bəyin oğlu12Musa bəy Mustafa bəy oğlu1830-?Rüstəm bəyin qardaşı oğlu13Surxay bəy1874-?Musa bəyin oğlu14Ağa bəy1858-?Musa bəyin oğlu15İrza bəy1878-?Ağa bəyin oğlu Sıra Bəy Yaşadığı illər Haqqında1Gülməmməd bəy Əliməmməd bəy oğlu1810-?1850-ci ildə ailə rəisi2Ağa bəy1836-?Gülməmməd bəyin oğlu3Kərim bəy?-?Ağa bəyin oğlu4Sadıx bəy?-?Ağa bəyin oğlu5Hüseyn bəy?-?Ağa bəyin oğlu6Əhməd bəy1851-?Gülməmməd bəyin oğlu7Məmmədəli bəy1884-?Əhməd bəyin oğlu Sıra Bəy Yaşadığı illər Haqqında1Həsən bəy Şükür bəy oğlu1836-?1850-ci ildə ailə rəisi2Məmməd bəy1870-?Həsən bəyin oğlu3İsgəndər bəy1878-?Həsən bəyin oğlu4Hüseyn bəy1840-?Həsən bəyin qardaşı5Nurulla bəy1880-?Hüseyn bəyin oğlu6Salam bəy1882-?Hüseyn bəyin oğlu7Salah bəy1883-?Hüseyn bəyin oğlu8Fərzəli bəy1845-?Həsən bəyin qardaşı Sıra Bəy Yaşadığı illər Haqqında1Xəlil bəy Məmməd bəy oğlu1834-?Ailə rəisi2Ağaş bəy1884-?Xəlil bəyin oğlu3Əkbər bəy1868-?Xəlil bəyin oğlu4Mirzəkişi bəy1881-?Əkbər bəyin oğlu5Dədəkişi bəy1885-?Əkbər bəyin oğlu Sıra Bəy Yaşadığı illər Haqqında1Ələsgər bəy Şirəli bəy oğlu1851-?Ailə rəisi2Əli bəy1881-?Ələsgər bəyin oğlu ARDTA, Камеральное описание селений Муганского участка, Ленкоранского уезда за 1850г.,Φ. 10 Оп. 1, Док. 29 thumb|Qalaqayın (). 1804-cü ildə tərtib olunub. "Ən yaxşı mövcud xəritələrə, səyahətlərə və astronomik yerlərə görə Qafqaz ölkələrinin cədvəli". Müəllif İohan Kristof Matias Rayneke