Nəsimi (əvvəlki adı: Novotroitskoye) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Nəsimi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Novotroitskoye kəndi Nəsimi kəndi və müvafiq olaraq Novotroitskoye kənd Soveti Nəsimi kənd Soveti adlandırılmışdır.
Toponimikası Kəndin keçmiş adı Günəş olmuşdur. Çar hökumətinin köçürmə siyasəti nəticəsində 1847-ci ildə Orenburq quberniyasının Troitskoye kəndindən gəlmələrin məskunlaşması nəticəsində yaranmış və Novotroitskoye adı ilə rəsmiləşdirilmişdi. Kənd 1992-ci ildə Azərbaycan şairi Nəsiminin (1369-1417) şərəfinə belə adlandırılmışdır. Memorial toponimdir.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd Muğan düzündə yerləşir. Nərimankənd, Çaylı, Günəşli, Ağayrı kəndləri ilə sərhəddir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19993197152516722009↗3800↗1879↗1921
İqtisadiyyatı Kənddə 900 təsərrüfat var.
Mədəniyyəti Kənddə Nəsimi kənd kitabxana filialı, Nəsimi kənd Mədəniyyət Evi, Nəsimi Poçt Şöbəsi (AZ1320) və Nəsimi EATS fəaliyyət göstərir.
Təhsil Kənddə Nəsimi kənd tam orta məktəbi fəaliyyət göstərir.
Din Kənddə 19 aprel 2010-cu ildə qeydiyyatdan keçən, şəhadətnamə nömrəsi 100110 A2-299 olan Nəsimi kəndi "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Səhiyyə Kənddə Nəsimi kənd həkim məntəqəsi yerləşir.
Kənddə 1 baytarlıq məntəqəsi fəaliyyət göstərir.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Biləsuvar rayonunun kəndləri Kateqoriya:Nəsimi (Biləsuvar) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri