Camaşəir — Azərbaycan Respublikasının Lerik rayonunun Əliabad kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh. 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Lerik rayonunun Nüvədi kənd inzibati ərazi vahidinin Camanşəir kəndi Əliabad kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Əliabad kənd inzibati ərazi dairəsi tərkibindəki Camanşəir kəndi Camaşəir kəndi adlandırılmışdır.Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 29 mart 2005-ci il tarixli 871-IIQ saylı Qanunu — e-qanun.az saytı
Toponimikası Oykonim caman (yaşıllıq, əkin sahəsi) və şəir (ər. "arpa") sözlərindən düzəlib, "arpa sahəsi, arpa əkilən yer" deməkdir.
Əhalisi Əhalisi 308 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Din Kənddə "Xanım Fatimeyi–Zəhra" məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2012-ci ildə qeydiyyatdan keçənlər scwra.gov.az
İstinadlar
Həmçinin bax
Kateqoriya:Lerik rayonunun kəndləri