Şinəbənd — Azərbaycan Respublikasının Lerik rayonunun Blaband kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
Əhalisi Əhalisi 624 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimiyası Yaşayış məntəqəsi adını ərazidəki yüksəklikdən almışdır. Yüksəkliyin adı isə talış dilindəki şin (qum) və band (dağ, təpə) sözlərindən ibarət olub (-ə mənsub, bildirir), “qum dağı, qumlu dağ” mənasındadır.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.
Coğrafiyası və infrastrukturu Şinəbənd kəndi Lerikdən təxminən 5 km məsafədə dağətəyi ərazidə, təbiətin gözəl bir guşəsində, Orand–Nuravad yolunun üzərində yerləşir. Kənddə 1 məktəb, 1 kitabxana və 1 klub fəaliyyət göstərir.
Din Kənddə Şinəband kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Kateqoriya:Lerik rayonunun kəndləri