Zəyəm Cırdaxan — Azərbaycan Respublikasının Şəmkir rayonunun Zəyəm Cırdaxan kənd inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən 24 km qərbdə, Zəyəmçayının sahilində, dağ ətəyində yerləşir. Əhalisi əsasən kənd təsərrüfatı, heyvandarlıq və bağçılıqla məşğuldur. Orta məktəblər, mədəniyyət evi, kitabxana, 2 tibb məntəqəsi, mexanikləşdirilmiş daş karxanası var.

Tarixi Kəndin adının mənası "Cird" tayfasının adından götürülmüşdür. Bundan əlavə kənddə bir neçə tayfa adları indi də qalmaqdadir, bunlardan ən qədimi Tomaxlı (Dümağlı) tayfasıdır. Tayfa haqqında məlumatlara XIII əsrə aid mənbələrdə də rast gəlinir. Kənddə yaşayış XII–XIII əsrdən mövcuddur. Bunu kənddə mövcud olan qədim atşəkilli və buğaşəkilli qəbir fiqurları, kənddə tapılmış qədim maddi–mədəniyyət nümunələri təsdiq edir. Kənddə yaşı XIII əsrə aid olan 3 qəbiristanlıq mövcuddur.

Əhalisi Əhalisi 10300 nəfərdir. Zəyəm Cırdaxan Azərbaycanda 97-ci yaşayış məntəqəsidir. Zəyəm–cırdaxan kəndinin ərazisi 70 km-dir. Şəmkir rayonunda isə rayon mərkəzi olan Şəmkir şəhərindən sonra ən böyük yaşayış məntəqəsidir. Zəyəm Cırdaxanın əhalisinin əsasən kənd təsərrüfatı, heyvandarlıq və ticarət ilə məşğuldur. Əhalinin bir hissəsi öz mal–qarasını dağətəyi zonada otarır, kənddə bir neçə ferma mövcuddur, sahələrdə isə pomidor, kartof, qarğıdalı, taxıl kimi bitkilər becərilir. Əhalinin bir hissəsi Rusiyada işləyir. Zəyəm Cırdaxanda 10000–11000 nəfər əhali yaşayır.

Təhsil Kənddə iki məktəb mövcuddur. Sərdar Məmmədov adına tam orta məktəb və Coşqun Abdıyev adına 2 saylı tam orta məktəb. Sərdar Məmmədov adına tam orta məktəbin yeni binasi 2011-ci ildə istifadəyə verilmişdir. Həmin məktəb 1936-ci ildən fəaliyyət göstərir, məktəbdə 1200 şagird təhsil alır. 50 sinif otağı və fənn kabinetləri mövcuddur. 2023-cü il aprel ayının 21-də isə Coşqun Abdıyev adına 2 saylı tam orta məktəbin yenidən qurulmuş binasının açılışıb. Yeni tikilmiş məktəbin binasında 432 şagirdin təhsili üçün 17 sinif otağından ibarət olmaqla 3 labaratoriya, 2 texnologiya, informatika, çağrışaqədərki hazırlıq kabineti,

216 nəfərlik akt zalı, idman zalı, kitabxana və 92 yerlik şagird yeməkxanası var.

Su təsərrüfatı Kənddə suvarma üçün Zəyəmçaydan çəkilmiş kanaldan istifadə olunur. Sahələrin suvarılması məqsədilə artezian quyularından da istifadə olunur. Əhalinin içməli suya ehtiyacını ödəmək üçün Zəyəmçayın suyu təmizlənərək əhalinin istifadəsinə verilir.

Landşaft örtüyü Kəndin dağətəyi zonası çəmənliklərdən ibarətdir. Meşə zonası dəmirağac, görüş, palıd, çinar kimi ağaclardan və alçaqboylu kolluqlardan ibarətdir. Meşə zonasında yaşı 300 ilə çatan iki çinar ağacı mövcuddur.

Yerləşdiyi mövqe Zəyəm Cırdaxan çox əlverişli mövqedə Zəyəmçayının sol sahilində, meşə kənarında, Şəmkir rayonunun orta dağlıq və dağətəyi bölgəsində yerləşmişdir. Ərazidəki tünd və adi boz–qəhvəyi və açıq şabalıdı torpaq əkinçilik üçün yararlı və əlverişli torpaqdır. Dağlıq ərazidə bir neçə bulaq mövcuddur. Ən yüksək yeri Kiçik Qafqaz dağlarının şimal şərq yamacına düşür. Maksimal hündürlük 890 metr təşkil edir. Ən alçaq yeri Gəncə–Qazax düzənliyinin cənub tərəfləridir 410 metr təşkil edir.

İqlimi Zəyəm Cırdaxan subtropik iqlim qurşağında yerləşir. Ərazidə daha çox mülayim hava kütlələri üstünlük təşkil edir. Qışı çox sərt deyil, yayı isə istidir. Qışda orta temperatur 2 ⁰C, yayda isə 23,6 ⁰C-yə yaxındır. İqlimlə əlaqədar yazda Zəyəmçayda və arxlarda daşqınlar baş verir. Yayda isə quraqlıq hökm sürür.

Orta temperatur və Orta yağıntı miqdarı Ay Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İlOrta temperatur (°C) 1 2 6 12 18 22 25 24 20 14 8 3 12Orta yağıntı (sm) 1,1 1,7 2,0 2,9 4,2 4,9 2,3 1,9 1,9 2,8 1,5 1,3 28,5''Mənbə: www.weatherbase.com

Şəkilləri

Mənbə Şəmkir rayon icra hakimiyyəti World Gazetteer-də əhali məlumatları cirdaxan.ru Azərbaycanın toponimlər lüğəti

İstinadlar

Kateqoriya:Şəmkir rayonunun kəndləri