Soltan Məmməd oğlu Nəcəfov () — Azərbaycan radio diktoru. Azərbaycan SSR əməkdar artisti (1966).
Həyatı Azərbaycan radiosunun ilk diktorlarındandır. Bədii qiraət ustası kimi tanınmış, Üzeyir Hacıbəyovun "Arşın mal alan", "O olmasın, bu olsun" musiqili komediyalarının radio-tamaşalarında aparıcı kimi çıxış etmişdir. "Oxu, tar" adlı yazısında ("Üzeyir bəy haqqında söz" kitabında, B., 1990) Ü.Hacıbəyovla bağlı xatirələrini yazmışdır.
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 9 dekabr 1966
Kateqoriya:Diktorlar