Qarqucaq — Azərbaycan Respublikasının Goranboy rayonunun Qarqucaq kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası
Qarqucaq kəndi Qaraçayın sahilində, Gəncə-Qazax düzənliyindədir. 1823-cü il məlumatina görə, Qarqucaq Mirza Əli bəy adlı şəxsə məxsus əkin-torpaq sahəsinin adı olmuşdur. Bəyin həmin ərazidə yerləşdirdiyi doqquz ailədən ibarət icma da sonralar Qaraqucaq icmasi kimi qeydə alınmişdir. Bəzi tədqiqatçılara görə, bu ad qarğı/qarqu (bitki) sözündən və məkan bildirən -caq şəkilçisindən ibarət olub, “qarğı olan yer, qarğılıq” mənasındadır.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 704 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Goranboy rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
Kateqoriya:Goranboy rayonunun kəndləri