Safarşa (əvvəlki adı: Allahverənli) — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Horovlu kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası "Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti"nə əsasən, kəndin əvvəlki adı Allahverənli olmuşdu. Lüğətə əsasən, 1917-ci ildə kənd Savarta adı ilə qeydə alınmışdı. "Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti"nə əsasən, tədqiqatçılara görə, yaşayış məntəqəsi Cənubi Azərbaycandan gəlmiş Səfərşa adlı şəxs tərəfindən salınmışdı, və bu səbəbdən də kənd belə adlanmışdı. Lüğətə əsasən, guman etmək olar ki, oykonim səfəruşağı etnoniminin qısadılmış formasıdır. Lüğətə əsasən, XX--ci əsrdə Zəngilan rayonunda Səfərlər adlı kənd olmuşdu.

Coğrafiyası Safarşa kəndi düzənlikdə, təqribən 334 m hündürlükdə yerləşir.

Tarixi 1933-cü il üçün olan vəziyyətə görə, Safarşa məskun yeri ASŞC-nin Cəbrayıl rayonunun Quycaq kənd şurasının tərkibində idi.

1977-ci il üçün olan vəziyyətə görə, Azərbaycan SSR-nin Cəbrayıl rayonun Horovlu kənd Sovetinin tərkibində Səfərşa kəndi qeyd olunubdur.

Birinci Qarabağ müharibəsi dövründə Cəbrayıl rayonunun əraziləri 23 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Rayonun Safarşa kəndi də 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

İkinci Qarabağ müharibəsi zamanı, 20 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdi.

Əhalisi A.S.Ş.C. Xalq Təsərrüfat Uçotu İdarəsi (Az.XTUİ) tərəfindən 1933-cü ildə hazırlanmış "ASŞC inzibati bölünüşü"nə əsasən, 1 yanvar 1933-cü il üçün vəziyyətə görə, Cəbrayıl rayonunun Quycaq kənd şurasının Çapand məskun yerində 30 təsərrüfat və 86 sakin var idi. Kənd şurasının əhalisinin 99,6%-i türklərdən (azərbaycanlılardan) ibarət idi.

İqtisadiyyatı Keçmişdə kəndin əhalisinin əsas məşğuliyyəti heyvandarlıq idi. İşğal vaxtı kənd dağıntılığa məruz qalmışdı.

2023-cü ildə xəbər verilmişdi ki, Baş planına əsasən, köhnə Horovlunun ərazisini əhatə edən Horovlu kəndi bir-birinə yaxın olan Çapand, Safarşa, Fuğanlı və Həsənqaydı kəndləri ilə birlikdə layihələndirilib. Horovlu kəndinin təməli 4 may 2023-cü ildə qoyulmuş, 28 oktyabr 2025-ci ildə kəndin birinci mərhələsinin açılışı baş tutmuşdu.

Həmçinin bax Cəbrayıl rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Cəbrayıl rayonunun kəndləri