Robert Duqlas Tomas Pattinson () — İngiltərəli aktyor. Həm yüksək büdcəli, həm də müstəqil filmlərdəki rolları ilə tanınır. Pattinson ən çox qazanan aktyorlar siyahısındadır. "Time" jurnalı onu 21-ci əsrin ən nüfuzlu şəxslərindən biri seçib.

Karyerası Pettinson aktyorluq karyerasına qısa vaxt əvvəl Ali Edelin rejissorluq etdiyi, Sem Vest və Benno Furmannın baş rolda yer aldığı, bir alman dastanı olan Nibelunq ilə bağlı "Nibelunqların üzüyü" filmi ilə başladı. Riz Uiterspunun "Qürur Dünyası" filminin iki alternativ film qapanışının birində, Uiterspunun oğlu rolunda yer alsa da bu film qapanışı işlədilmədi.

Robert Pettinson, bundan əvvəl, Barnes Teatr Qrupunun bir üzvü idi və Tornton Uilderin rejissorluq etdiyi Bizim şəhərimiz pyesində Corc Gibs xarakteri ilə başrol oynamışdı. Robert, həm də, Kol Porterin rejissorluq etdiyi Hərşey Gedir" musiqili dramında Lord Evelin Okley və Tess of the D'Urbevilles tragediyasında Alek xarakterini canlandırdı. Gənc aktyor, qısa vaxt əvvəl isə, OSO Sənət Mərkəzində Makbet tragediyasında Malkomu canlandırdı.

Herri Potter və Atəş Qədəhi filminin oyunçu heyətinə, Üç cadugər turnirində Hoqvartsı təmsil edəcək olan Sedrik Diqqori roluyla qatıldı. Twilight adlı kitabın filmində Edvard Kalleni canlandırdı. 2009-cu ildə nümayişə girən Salvador Dali və Federiko Garsiya Lorka arasında varolduğu düşünülən eşqi izah edən Kiçik Küllər filmində Dalini canlandırdı. Alatoran filmi ilə böyük çıxış edən oyunçunun 2009–2010-cu illəri üçün Məni Xatırla, Azad Məhkumlar və Alatoran Seriyasının 2.filmi olan "Yeni Ay" ilə 3 film proyekti vardır.

Modellik karyerası Pattinson 12 yaşındaykən modellik etməyə başladı. Hackett 'in 2007 payız kolleksiyasında yer aldıqdan sonra dekabr 2008-ci ildə modellik etməkdən imtina etdi və bu peşəni buraxdı. Səbəb olaraq isə "Artıq çox əzələli və kişiyə xas olduğunu, köhnəsi kimi maraq çəkmədiyini" ifadə etdi.

2013-ci ilin iyun ayında Pattinson, Dior Homme 'un yeni üzü seçildi və Romain Gavras tərəfindən idarə 1000 LIVES başlıqlı reklam Kampanyası'nda iştirak etdi.

Filmoqrafiya İl Ad Rol Qeydlər 2004 Vanity Fair Adult Rawdy Crawley Silinmiş səhnə 2005 Harri Potter və Alov Qədəhi Cedric Diggory2008 How to Be Art Alatoran Edvard Kallen2009 Little Ashes Salvador Dali Alatoran. Saqa: Yeni Ay Edvard Kallen2010 Remember Me Tyler Hawkins İcraçı prodüser Alatoran. Saqa: Tutulma Edvard Kallen Love & Distrust Richard Segment: The Summer House2011 Water for Elephants Jacob Jankowski Alatoran. Saqa: Sübh (I hissə) Edvard Kallen2012 Bel Ami Georges Duroy Cosmopolis Eric Packer Alatoran. Saqa: Sübh (II hissə) Edvard Kallen2014The Rover Reynolds Maps to the Stars Jerome Fontana2015Queen of the Desert T. E. LawrenceLife Dennis Stock2016The Childhood of a Leader Charles Marker / Adult PrescottThe Lost City of Z Henry Costin2017 Yaxşı vaxt Constantine "Connie" Nikas2018 Damsel Samuel Alabaster High Life Monte2019 Mayak Ephraim Winslow / Thomas Howard The King The Dauphin Waiting for the Barbarians Officer Mandel2020 Tenet Neil The Devil All the Time Preston Teagardin2022 Betmen Brüs Ueyn / Betmen 2023 The Boy and the Heron The Grey Heron Səs; İngiliscə dublyaj2024 Mickey 17 Mickey Barnes

Xarici keçidlər

İstinadlar

Kateqoriya:Londonda doğulanlar Kateqoriya:Birləşmiş Krallıq modelləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Britaniya musiqiçiləri Kateqoriya:İngiltərə musiqiçiləri