Qaraçanlı tayfası — Hacısamlı camaatının qoludur. Qarabağ xanlığının Qaraçorlu mahalında qərar tutmuşdular. Qaraçanlı tayfası indiki Laçın rayonundakı Qaraçanlı-1, Qaraçanlı-2 Qorçu, Qarabəyli, Zağaaltı, Oğuldərə, Lolabağırlı, Ərikli, Güləbird, Kəlbəcər rayonundakı Qaraçanlı və başqa yaşayış məntəqələrinin əsasını, ilk daşını qoydular.

Mənbə Ənvər Çingizoğlu. Hacısamlı camaatı. "Soy" dərgisi, Bakı, 2009. Ənvər Çingizoğlu. Qaraçorlu mahalı. "Soy" dərgisi, 7 (51), Bakı, 2011. səh.97–106.

Həmçinin bax Hacısamlı camaatı

Kateqoriya:Hacısamlılar Kateqoriya:Tayfalar