() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi.
Arealı Zaqafqaziyada inciçiçəyi yabanı halda meşələrdə, kolluqların arasında, günəş düşməyən yerlərdə bitir.
Botaniki xarakteristikası Gövdəsi 15–20 sm hündürlükdə olan kökümsovlu, çoxillik bitkidir. Kökümsov gövdəsindən iki kökyanı yarpaq, bir neçə çiçək oxu inkişaf edir. Onun üzərində ağ rəngli ətirli iyi olan çiçəklər sadə salxım çiçək qrupunda toplanır. Yarpaqları iri, yaşıl rəngdədir, qövsvari damarlanmışdır. Yarpaqlar çiçək qrupunu hər iki tərəfdən əhatə edir. Meyvələri kürəşəkilli, ətli, qırmızı rəngli giləmeyvədir. Bitkinin bütün hissələri acı və zəhərlidir. İnciçiçəyinin müxtəlif növləri yayılmışdır. Onların ən əhəmiyyətlisi may inciçiçəyidir. Bu növ Başqırdıstanda becərilir.
İnciçiçəyindən hazırlanmış dərmanlar ürək-damar sistemi xəstəliklərində istifadə olunur.
İnciçiçəyi hazırda nadir bitki kimi "Qırmızı kitab"a salınmışdır.
Sinonimləri Heterotipik sinonimləri
Növləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:1753-cü ildə təsvir edilən taksonlar Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Avrasiya florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları