The Classical Music of Azerbaijan: Symphonic Volume 1 - Azərbaycan klassik musiqi bəstəkarlarının əsərləri seriyasından yayımlanmış birinci albomdur. Albomun adından da göründüyü kimi bu alboma Azərbaycan bəstəkarlarının simfonik əsərləri daxil edilmişdir.

Ümumilikdə alboma dörd Azərbaycan bəstəkarının - Fikrət Əmirov, Qara Qarayev, Soltan Hacıbəyov və Oqtay Zülfüqarovun beş əsəri daxil edilmişdir. Əsərlər Yalçın Adıgözəlovun rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestrı tərəfindən ifa edilmişdir.

Alboma daxil olan əsərlər

Fikrət Əmirov (1922-1984)

Azərbaycan Kapriççiosu (1961) 8:07 Kürd Ovşarı (1949) 18:22

Qara Qarayev (1918-1982)

Leyli və Məcnun (1947) 16:15

Soltan Hacıbəyov (1919-1974)

Karvan (1945) 9:13

Oqtay Zülfüqarov (d. 1929)

Bayram Uverturası (1961) 4:01

Xarici keçidlər Albomu satın al

Kateqoriya:Azərbaycan musiqisi Kateqoriya:Qara Qarayev Kateqoriya:Fikrət Əmirov Kateqoriya:Soltan Hacıbəyov Kateqoriya:Oqtay Zülfüqarov Kateqoriya:1997-ci ilin musiqi albomları