Leyli və Məcnun () — Üzeyir Hacıbəyov tərəfindən 1907-ci ildə yazılmış ilk milli Azərbaycan operası. Opera, Məhəmməd Füzuli tərəfindən XVI əsrdə yazılmış "Leyli və Məcnun" faciəsinin motivləri əsasında yazılmışdır. Bu opera təkcə ilk Azərbaycan operası olmayıb, həm də bütün İslam dünyasında ilk operadır.
"Leyli və Məcnun" operası müasir musiqi inkişaf etdirmə vasitələri və xalq incəsənətinin milli-orijinal xüsusiyyətlərinin sintezinin əsasını qoymuşdur. Zəngin folklor materialı (əsasən muğamlar və lirik mahnılar) əsasında qurulmuş bu opera, əsrlər boyunca toplanmış musiqi ənənələrinin beynəlxalq qəbul edilmiş musiqi incəsənəti formaları ilə ümumiləşdirilməsinə ilk cəhddir. Bu yolla da, not yazısı və solo vokal improvizasiyanı (muğam) birləşdirən muğam-opera janrı yaradılmışdır.
Operanın ilk səhnələşdirilməsi -ci ildə Bakı şəhərindəki Tağıyev Teatrında baş tutmuşdur. Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada məşhur olan klassik sevgi əfsanəsi əsasında yaradılmış bu əsər Azərbaycan mədəniyyətinin mirvarilərindən biri hesab edilir.
2008-ci ilin fevralında UNESCO Baş Konfransında ilk Azərbaycan operası olan "Leyli və Məcnun"un 100 illik yubileyinin UNESCO-nun xüsusi tarixlər siyahısına daxil edilməsi qərarı verilmişdir.
Süjet
Birinci pərdə
Birinci şəkil Məktəb həyəti. Qeys onunla məktəbdə oxuyan Leylini sevir. Onlar dərsdən qalaraq görüşürlər. Qeys bir məslək kimi yüksək tutduğu məhəbbətini Leyliyə bəyan edir. Heç vaxt öz əhdindən dönməyəcəyini bildirir.
Məktəb yoldaşları onları bir yerdə görüb töhmətləndirirlər. Leylini Qeysdən ayırıb aparırlar. Ata və anası Qeysi pərişan görüb ona nəsihət edir, fikrindən daşındırmağa çalışır, söz verirlər ki, Leylini ona alsınlar.
İkinci şəkil Leyli ilə Qeysin məhəbbəti dilə-ağıza düşür, dedi-qodulara səbəb olur. Qadınlar bu xəbəri Leylinin anasına yetirir. Anası Leylini danlayır və məktəbə getməyi ona qadağan edir.
Məcnunun atası elçiliyə gedir və rədd cavabı alır. Bu hadisə Məcnunu pərişan etsə də, o eşqin yolunda hər cür bəla və cəfaya dözəcəyini qət edir.
Başqa bir qəbilə başçısı — İbn-Salam elçiliyə gəlir və "hə" cavabı alır. Leyli fəryad qoparıb, taleyindən şikayətlənir.
İkinci Pərdə
Üçüncü şəkil
Leylini İbn Salamın evinə köçürürlər. Məcnun iztirab çəkir. O, evin ətrafında dolanır, İbn-Salam Leyliyə yaxınlaşanda Məcnunun töhmət dolu səsi və vəfasız Leyli haqqındakı sözləri onu dayandırır. Məcnun içəri girir. Qonaqlar məzəmmətlə onu ordan çıxarır. Ümidsizlik və iztirab onu uzaqlaşamağa, baş götürüb səhralara qaçmağa məcbur edir.
Dördüncü şəkil Vəhşi səhrada Məcnun özünü eşqin fəzalarında məskən tapmış kimi hiss edir. Leylinin xəyalı ilə yaşayır. Sevgilisinin surəti onun gözləri qarşısında canlanır. Məcnun öz atasını görməkdən xoşhal olsa da, evə qayıtmaq təklifini rədd edir. Nofəl adlı sərkərdə Məcnunun dərdini biləndən sonra Leylini qılınc gücünə də olsa Məcnuna almağı vəd edir. Leylinin atası məğlub olur və aman diləyərək Nofələ bildirir ki, Leyli İbn-Salama ərə verilmişdir. Nofəl vuruşu dayandırmağı əmr edir.
Beşinci şəkil Hicran dərdi Leylini üzüb ölüm yatağına salmışdır. İbn-Salam Leylinin soyuq rəftarından və ona könül vermədiyindən şikayətlənir. Leyli isə ona bildirir ki, Məcnuna olan eşqi onun qəlbindən sönmədikcə, heç kəsi sevə bilməyəcəkdir. İbn-Salam xəstə Leylini tək buraxır. Məcnunun xəyalı Leylinin gözlərində canlanır, yanıqlı sözlərlə Leylinin vəfasız olduğunu söyləyir. Dərin iztirablar çəkib, bu qədər cismi və ruhi üzüntülər görən Leyli öz canını təslim edir.
Altıncı şəkil Leylinin ölüm xəbərini eşidən Məcnun nalə edir, Zeydə yalvarır ki, onu yarın məzarına aparsın.
Leylinin qəbri üstündə o, acı fəryadla fələkdən şikayətlənir. Sonra öz sevgilisinə qovuşmaq üçün onun qəbrini qucaqlayıb ölür.
Libretto 200px|thumb|left|Məhəmməd Füzulinin Bakıdakı heykəlinin postamentini bəzəyən Leyli və Məcnun kompozisiyası Opera, Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması əsasında yazılmışdır. Füzuli isə öz növbəsində ilk dəfə XII əsrdə farsdilli poeziyanın klassiki Nizami Gəncəvi tərəfindən yazılı ədəbiyyata gətirilmiş qədim ərəb əfsanəsi "Leyli və Məcnun"un süjetindən faydalanmışdır. Sonradan bu mövzuya bir çox şərq şairləri, o cümlədən Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai, Cami və digərləri də müraciət etmişlər.
Hacıbəyovun məhz Füzuli poemasını seçməsinin əsas səbəbi, Füzulinin "Leyli və Məcnun"unun Azərbaycan dilində olması və poemanın ayrı-ayrı hissələrinin çoxdan xalq ifaçıları tərəfindən muğamların ifası zamanı istifadə olunması idi. Məhz bu, bəstəkara poemadan bir çox şairləri operaya daxil etməyə imkan vermişdir. Operanın ədəbi mətninə bəstəkar tərəfindən Füzulinin ayrı qəzəlləri, xalq mətnləri də əlavə edilmiş, bir sıra yerlərdə isə mətnlər bəstəkarın özü tərəfindən tamamlanmışdır.
Füzuli poeması və opera librettosu arasında əsas fərqlər bunlardır: poemanın bir sıra bölmələri – Məcnunun mənşəyi, Məkkə ziyarəti, Məcnunun Leyli məzarı üzərində fəryadı, Gənclərin ziyarəti kimi hissələr qısaldılmışdır. Poemanın iki hissəsi – Məcnunun elçiliyi və İbn Salamın elçiliyi operada bir-birinin ardınca verilir və ikinci pərdədə parlaq səhnə kontrastı yaradır. Lakin, poema və opera arasındakı əsas fərqlər Hacıbəyov tərəfindən edilmiş kiçik süjet motivləri və personajların obrazlarıdır. İlk növbədə bu, Leyli obrazı ilə əlaqəlidir. Belə hesab edilir ki, Leyli obrazında rəssam azadlıq sevən Azərbaycan qadınlarının obrazını canlandırmağa çalışmışdır. Füzulinin əsərində Leyli Məcnuna aşiq olmasını həyat yoldaşı İbn Salamdan gizlədərək, ona qarşı soyuq olmasını cin tərəfindən sevilməsi və cinin ona başqaların sevməyi qadağan etməsi ilə əlaqələndirir. Hacıbəyovun qəhrəmanı isə Məcnuna qarşı olan hisslərini açıq şəkildə İbn Salama etiraf edir.
Həm poemada, həm də operada qəhrəmanlar xoşbəxtlikləri uğrunda aktiv mübarizə aparmırlar. Musiqişünas Elmira Abbasova qeyd edir ki, onlar üçün mübarizədən (Məcnun Nofəlin xidmətindən və həyat yoldaşının ölümündən sonra Leyli ilə evlənməkdən imtina edir) daha çox ali sevgiyə sədaqət daha vacibdir. Poemanın fəlsəfi məzmunu məhz personajların bu xüsusiyyətində özünü büruzə verir.
Personajlar 170px|thumb|Operanın ilk tamaşasının proqramı. 1908-ci il PersonajlarSəsİlk ifaçılar (25 yanvar 1908, Bakı)Məcnun (Qeys), gənc əsilzadə ərəbtenorHüseynqulu SarabskiƏbülqeys, Məcnunun atasıtenorMirzə Muxtar MəmmədovÜmmilqeys, Məcnunun anasısopranoMirmahmud KazımovskiLeyli, Məcnunun sevgilisisopranoƏbdürrəhman FərəcovFəttah, Leylinin atasıbaritonİmran Qasımov (Kəngərli)Ümmilleyli, Leylinin anasımezzo-sopranoC. Vəzirovİbn-Salam, zəngin ərəbtenorCeyhun Hacıbəyov (Dağıstani)Nofəli, ordu başçısıbaritonCeyhun Hacıbəyov (Dağıstani)Zeyd, Məcnunun dostutenorİmran Qasımov (Kəngərli)Birinci ərəbtenorMəmmədovİkinci ərəbtenorSəfərovElçilər, müjdəçilər, qonaqlar, məktəblilər (oğlanlar və qızlar)
Operanın tarixi
Yazılma və ilk səhnələşdirmə tarixi 200px|thumb|left|Operanın müəllifi olan Üzeyir Hacıbəyov 1908-ci ildə Operanın müəllifi Üzeyir Hacıbəyov xatirələrində qeyd edir ki, uşaqlıq dövründə, XIX rin sonlarında Əbdürrəhim bəy Haqverdiyev tərəfindən Şuşada təşkil edilmiş "Məcnun Leylinin məzarı üzərində" tamaşası onda böyük təəssürat yaradır. Tamaşada Məcnun rolunu o zaman məşhur olan xanəndə Cabbar Qaryağdı canlandırır, on üç yaşlı Üzeyir isə xanəndəni müşayiət edən oğlanlar xorunda çıxış edir. Əsas personajların partiyaları Füzuli poemasının müvafiq hissələrindən olan mətnlərlə oxunan muğam improvizasiyalarından ibarət idi, hadisələr isə qısa xor fraqmentləri (həmin muğamlardan təsniflər) vasitəsiylə şərh edilirdi. Hacıbəyov xatirərlərində yazır ki, şuşalıların tamaşası, onun ilk Azərbaycan operasını yaratmaq qərarını verməsində ciddi rol oynamışdır. O, qeyd edir:
Azərbaycan ədəbiyyatı mövzuları və musiqi motivlərindən istifadə etməklə opera yazmaq ideyası Hacıbəyovun ağlına Qori seminariyasında oxuduğu vaxt gəlir. Tiflisdə gördüyü italyan operası – Rossinin "Seviliya bərbəri" əsəri onu daha da həvəsləndirir.
1907-ci ildə Üzeyir Hacıbəyov "Leyli və Məcnun" operasını yazır. Operanın librettosu bəstəkarın özü və qardaşı Ceyhun tərəfindən yaradılır. Məşqlər Üzeyir Hacıbəyovun evi və "İsmailiyyə" mehmanxanasında keçirilir 1907-ci ilin son günlərindən etibarən Hacıbəyovun yaxın dostu İmran Qasımovun təklifi ilə operanın məşqləri Muxtarov, 115 ünvanında (keçmiş Persidskaya, 135) yerləşən Qasımovların böyük evinin üçüncü mərtəbəsindəki geniş zalda keçirilir.
"Leyli və Məcnun" operasının "Nicat" müsəlman maarif dərnəyi tərəfindən təşkil olunmuş ilk tamaşası 12 (25) yanvar 1908-ci ildə, H. Z. Tağıyevin Bakıda inşa etdirdiyi teatrda baş tutur. İlk səhnələşdirmənin rejissoru Hüseyn Ərəblinski, drijoru Əbdürrəhim bəy Haqverdiyev olur. Rolları Hüseynqulu Sarabski (Məcnun), Əbdürrəhman Fərəcov (Leyli), Ceyhun Dağıstani (İbn Salam), Mirmahmud Kazımov (Məcnunun anası), Mirzə Muxtar (Əbülqeys, Məcnunun atası), İmran Qasımov (Kəngərli) (iki rolu ifa edir: Leylinin atası – Fəttah və Zeyd) , C. Vəzirov (Leylinin anası), həmçinin yeddi ərəb rolunda Məmmədov, Səfərov, V. Vəzirov, İsmayılov, Əliyev və başqaları çıxış edirlər. Tarda solo partiyalar Qurban Pirimov və Şirin Axundov tərəfindən ifa olunur. İlk tamaşanın xoreoqrafı Bəhram Vəzirov, suflyoru Əlabbas Rzayev, məsul idarəçi isə Bala bəy Aşurbəyov (Sara Aşurbəylinin atası) olur. Üzeyir Hacıbəyov özü isə orkestrda skripka partiyasını ifa edir.
Premyera problemsiz də ötüşməmişdir. Tamaşanın başlamasına iki saat qalmış skripkaçılardan ikisi gəlməyəcəyini xəbər etmişdir. Hacıbəyov skripka musiqisinin bir hissəsini təcili dəyişməli olur, həmçinin bu alətdə ifa etmək üçün şəxsəx orkestra qoşulur. Hacıbəyovun operasına qarşı çıxanlar da olur. Bunlar, yerli mollalar və konservativ əhvala malik yerli avtoritetlər – qoçular idi. Bəzi məlumatlara görə, yerli mollanın göstərişi ilə premyeradan sonra H. Sarabskiyə hücum olunur. Sonradan 1930-cu ildə nəşr edilmiş xatirələrində Sarabski yazır:
Operanın ilk səhnələşdirilməsində iştirak edənlər arasında çoxlu sayda qeyri-professionallar var idi; məsələn, Məcnun rolunun ilk ifaçısı Hüseynqulu Sarabski Üzeyir Hacıbəyovun yaşadığı "Təbriz" mehmanxanası yaxınlığındakı su paylama məntəqəsində çalışırdı. Bir dəfə, Üzeyir Hacıbəyov gənc oğlanın iş vaxtı ifasını eşidir. Qısa müddət sonra Hacıbəyov ona Məcnun rolunun ifasını təklif edir. Leyli rolunun ifaçısını tapmaq isə daha çətin məsələyə çevrilir. İslam ənənəsinə görə, müsəlman qadınlara səhnədə ifa etməyə icazə verilmirdi. Hacıbəyov səhnəyə rus qadın ifaçı da çıxara bilməzdi, çünki, bu zaman muğam partiyalarının ifasında problem yaranardı. Buna görə də, Leyli rolunda çıxış etmək çayxanaçının gənc köməkçisi Əbdürrəhman Fərəcova həvalə edilir. left|thumb|235x235px|H. Sarabski Məcnun rolunda Hacıbəyov ilk dəfə Fərəcovu çayxanada görür və eşidir, bundan sonra onu teatra dəvət edir və Leyli rolunu həvalə edir. Sarabski özünün "Qədim Bakı" kitabında Fərəcovu Leyli rolunun ifasına razılaşdırmağın nə qədər çətin olduğundan bəhs edərək yazır ki, ona qrimdən sonra heç kimin tanımayacağını söz vermişdilər. Teatra qarşı olanların təhdidlərinə görə, ikinci tamaşada Fərəcov çıxışdan imtina etməli olur. O zaman, Hacıbəyovun qohumu və həmin illərdə Məcnun rolunu ifa edən Bədəl (Bala) bəy Bədəlbəyli, öz qardaşı Əhməd Ağdamskini Leyli rolunu ifa etmək üçün razı salır. Sonradan Ağdamski Hacıbəyovun digər əsərlərində də Əsli (Əsli və Kərəm), Gülnaz (O olmasın, bu olsun), Gülçöhrə (Arşın mal alan), Minnət xanım (Ər və arvad), Təhminə (Rüstəm və Zöhrab), Xurşidbanu (Şah Abbas və Xurşidbanu) kimi qadın rollarını da canlandırır. Leyli rolunu ifa edən ilk qadınlar isə səhnəyə yalnız 1920-ci illərin ortalarında çıxır.
Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası ilə Azərbaycan operasının əsası qoyulmuşdur. Bəstəkar bu əsəri ilə həm də muğam-opera janrının əsasını qoymuşdur. Sonradan o, xatirələrində yazır: