Çarlz Dikkens (; ) — Viktoriya dövrü ingilis ədəbiyyatının ən məşhur yazıçı və roman müəlliflərindən biri. Onun romanları və kiçik hekayələri dünya ədəbiyyatının ən məşhur nümunələrindən hesab edilir.
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanınan Çarlz Dikkens ingilis ədəbiyyatında tənqidi realizmin banisi olmaqla yanaşı, həm də tanınmış yumor və satira ustasıdır. Onun yaradıcılığının ilkin dövrünə aid olan "Pikkviks klubunun qeydləri" adlı əsərində patriarxal İngiltərə təsvir olunur. "Oliver Tvistin macəraları" adlı romanında yoxsulların həyatını təsvir edərək şəxsi səadət naminə öz qəhrəmanını maneələrin dəf olunmasına çağırır.Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik M. J. Manafova, N. T. Əfəndiyeva və S. A. Şahhüseynovanın ümumi redaktəsi ilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010, 876 səh.
Əsərlərinin əksəriyyəti o dövrün ənənəsinə uyğun olaraq dövrü mətbuatda çap olunmuşdur. O əsərlərini hissə-hissə yazmışdır. Dikkensin əsərləri nəsrinin mükəmməlliyi və xarakterlərin bənzərsizliyi ilə bir çox görkəmli yazıçıların diqqətini cəlb etmişdir.
Həyatı Young Charles Dickens, c. 1830s|thumb|200px|right|18 yaşlı Çarlz Çarlz Dikkensin uşaqlığı sakit bir dövrdə keçmişdir. Dikkens vaxtının çoxunu açıq havada mütaliə etməklə keçirmişdir. Atasının həbs olunmasından bir qədər əvvəl 12 yaşlı Çarlz gündə on saatlıq bir işə başlamışdır. Sonralar o, həyatını avtobioqrafik roman olan "Devid Koperfild"də qeyd etmişdir. 1827-ci ilin mayında Dikkens hüquq bürosunda işə başlamışdır. 1828-ci ilin noyabrınadək burada xidmət göstərmişdir. 1833-cü ildə özünün ilk hekayəsi olan "Qütb gəzintisində nahar"ı Londonda nəşr etdirmişdir. 1836-cı ildə "Boz" təxəllüslü Dikkens özünün ilk romanını — "Pikvik qəzetləri"ni nəşr etdirməyə başlamışdır. Sonralar o, "Oliver Tvist", "Nikolas Niklbay", "Devid Kopperfild" və s. əsərlərini yazmışdır. thumb|200px|right|Çarlz Dikkens 2 aprel 1836-cı ildə evlənmişdir. On uşağı olmuşdur. 1842-ci ildə ABŞ və Kanadaya səyahət etmişdir. 1867–1868-ci illərdə yenidən Amerikaya səyahət etmiş və Emerson Fildz və başqaları ilə tanış olmuşdur. 1870-ci ildə vəfat etmişdir. Vestminster abbatlığında dəfn edilmişdir.
Yaradıcılığı Onun bədii yaradıcılıq üslubu fantastika və realizmin birləşməsindən ibarətdir. Onun yaratdığı surətlər ingilis ədəbiyyatının ən yaddaqalan surətlərindəndir. Əbəs deyildir ki, bir çox yazıçılar onu "ağır artilleriya ustası" adlandırılar. Müəllifin müxtəlif əsərlərində avtobioqrafik elementlərə rast gəlinir.
Ç. Dikkens elə bir yazıçıydı ki, onun zövqü xalqın zövqüylə üst-üstə düşürdü. Ç. Dikkens xalqın istədiyini yazmırdı; o, xalqın istədiyini istəyirdi, – zövqü və istəyi xalqın zövqü və istəyiylə eyniydi deyə yazdıqları da xalqın ürəyindən xəbər verir, zövqünü oxşayırdı, ona görə də sevilirdi.
Ç. Dikkensin yaradıcılığında "İki şəhərin hekayəti" romanı xüsusi yer tutur. Üslubuna, mövzusuna və digər cəhətlərinə görə bu əsər Dikkens yaradıcılığının zirvəsi hesab edilir, başqa sözlə, "İki şəhərin hekayəti" romanı böyük ingilis yazıçısı Ç. Dikkensin şah əsəridir. Əsər 1859-cu ildə yazılıb, romanın əsas mövzusu Böyük Fransa inqilabıdır.
Əsərləri Oliver Tvistin macəraları Böyük ümidlər Devid Kopperfild İki şəhərin hekayəsi
Aforizmlər Nə də olsa ruhlar da dənizlər kimidir; dərinlik ancaq dərinliklərə cavab verir.
İstinadlar
Kateqoriya:İngiltərə yazıçıları Kateqoriya:İngilis yazıçılar Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Beyin qansızmasından ölənlər Kateqoriya:XIX əsrin İngiltərə romançıları Kateqoriya:Britaniya jurnalistləri Kateqoriya:İngilis anqlikanlar Kateqoriya:Müxbirlər Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:İngiltərə satirik şairləri