Maqomedsalam Maqomedov () — Rusiya siyasi və dövlət xadimi, Dağıstan Respublikasının Prezidenti (2010–2013). İqtisad elmləri doktoru, professor, Dağıstan Dövlət Universitetinin kafedra müdiri. Dağıstana 1987–2006-cı illərdə rəhbərlik etmiş Maqomedali Maqomedovun oğludur.
Prezident seçilməsi M. Maqomedov Dağıstan Prezidenti postuna 2010-cu il fevralın 10-da yerli parlament tərəfindən təyin olunmuşdur. Onun namizədliyi Rusiya Federasiyası Prezidenti Dmitri Medvedev tərəfindən irəli sürülüb..
O, Dağıstan Prezidenti vəzifəsində ilk xarici səfərini 2010-cu il mayın 24-də Azərbaycana etmişdir.
İdman arenasında 1990-cı ildə Dinamo Mahaçqala futbol klubunun qapıçısı olmuşdur. Bu klubda üç dəfə çıxış edib. 2001–2002-ci illərdə Anji Mahaçqala klubunun vitse-prezidenti vəzifəsində çalışıb.
İstinadlar
Xarici keçidlər Dağıstan Respublikası Prezidenti Maqomedsalam Maqomedov "Şəki-İpək" ASC-nin baş müəssisəsində
Kateqoriya:Dağıstanda doğulanlar Kateqoriya:Dağıstan siyasətçiləri Kateqoriya:İqtisad elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:Vahid Rusiya Partiyasının üzvləri Kateqoriya:"Aleksandr Nevski" ordeni kavalerləri (Rusiya Federasiyası) Kateqoriya:Rusiya iqtisadçıları