Qozlu — Azərbaycan Respublikasının Laçın rayonunun Qozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Qozlu kəndi Təzəkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qozlu kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Toponimikası Yaşayış məntəqəsi XVII əsrdə Qarabağdan köçürülmüş ailələrin Qozlu adlı yerdə məskunlaşması nəticəsində yaranmişdir. Oykonim "qoz ağacları ilə zəngin" mənasındadır.
Tarixi
Coğrafiyası və iqlimi Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 170 nəfər olmuşdur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Laçın rayonunun kəndləri