Lolabağırlı — Azərbaycan Respublikasının Laçın rayonunun Qarabəyli kənd inzibati ərazi dairəsində kənd.

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Tarixi Lalabağırlı kəndi Namlıçayın (çay yay aylarında azaldığı üçün namlı yəni nəmli adlanır) (Qorçuçayın qolu) sahilində, dağətəyi ərazidədir. Yerli əhali arasında Lolabağırlı variantında işlənir. Yerli əhalinin məlumatına görə, kəndi Lala Bağır adlı şəxs saldığı üçün onun adı ilə adlandırılmışdır. Oykonim Lələ Bağır antroponimindən və mənsubiyyət bildirən -lı şəkilçisindən düzəlmişdir. 1902-ci ilə qədər bu ərazilər Qorçu kəndinin yaylağı olub sonradan kiçik bir kənd yarandığı üçün Lələbagirli adlanıb. O kəndin əhalisi yaxınlıqda korcabulaq yaratmış kəndi əhalisi Lolabağırlıdan getmədir.

Toponimikası ilə bağlı rəvayət Rəvayətə görə, kənddə Bağır adlı bir kişi yaşayırmış. Bu kişinin gözünün ağı-qarası bircə oğlu var imiş. Oğlan çox dikbaş imiş. Kənd ağasının sözünə baxmadığı üçün onu boğazından asırlar. Bağır oğlunu kəndinin başı üzərindəki yüksək təpədə basdırır.

Bağır hər gün təpənin başına, oğlunun qəbrini görməyə gedir, lölə (haray) çəkib ağlayır. Nəhayət o, qəbrin üstündə lölə çəkə–çəkə ölür. Camaat Bağırı oğlunun yanında dəfn edir. Həmin hadisədən sonra kəndin adı Löləbağırlı (Lolabağırlı) qalır.

Mədəniyyəti Lolabağırlı kəndində natamam orta məktəb (8illik məktəb) , kitabxana, tibb məntəqəsi, mağaza və başqa sosial obyektlər var idi.

Coğrafiyası və iqlimi Kənd rayon mərkəzindən 65 km şimal-qərbdə yerləşir.

Əhalisi Kənd əhalisi milliyyətcə Azərbaycan türklərindənlardan ibarətdir.

2006-cı ilin statstikasına görə kəndin əhali sayı 350 nəfər olmuşdur.

2009-cu il dekabr ayına olan məlumata əsasən kənd əhalisinin sayı 395 nəfərdir.

Kənd əhalisindən Birinci Qarabağ müharibəsi zamanı şəhid olanlar: Qənəhət Ələsgər oğlu Quliyev (1944–1994).

İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.

İstinadlar

Kateqoriya:Laçın rayonunun kəndləri