Prussiyalı Feliçita Sesilya Aleksandrina Helena Doroteya (; ) — son Prussiya kralı və Alman imperatoru II Vilhelmin nəticəsi, Hohensollern şahzadəsi.

Həyatı 7 iyun 1934-cü ildə Bonnda dünyaya gəldi. Atası son Prussiya kralı və Alman imperatoru II Vilhelmin nəvəsi şahzadə Vilhelm Fridrix, anası isə Doroteya von Salviatidir. Valideynlərinin evlənməsi babası II Vilhelmin etirazlarına baxmayaraq baş tutmuşdu və bu səbəblə, atası şahzadə Vilhelm Fridrix həm özü, həm də şəcərəsindən gələnlərin adından taxt hüququndan imtina etmişdi.

Atasının 1940-cı ildə İkinci Dünya müharibəsində həlak olmasının ardından babası II Vilhelm ona və kiçik bacısı Kristaya Prussiya şahzadəsi ünvanı verdi.

1952-ci ilin iyununda Böyük Britaniyaya səyahət etdi və dul-kraliça Mariya Tekin Marlboro-hausda erdiyi ziyafətə qatıldı.

12 sentyabr 1958-ci ildə Dinis Karl Fridrix von der Ostenlə (1929-2022) evləndi. Cütlüyün bu nigahdan 4 övladı doğulsa da, 5 may 1972-ci ildə boşandılar.

27 oktyabr 1972-ci ildə Yorgo Hartviq von Nostitz-Valvitslə (1937-) evləndi. Cütlüyün bu nigahdan bir qızı doğuldu.

İlk evliliyindən doğulan böyük oğlu Dinis von der Osten 28 iyun 1989-cu ildə Kölndə düşdüyü avtomobil qəzasında həlak oldu. Digər oğlu Hubertus isə heç vaxt evlənmədi və övlad sahibi olmadı. Bu səbəblə, onun şəcərəsi yalnız 3 qızı yoluyla günümüzə gəlib çıxmışdır.

2004-cü ildə ata-nənəsi vəliəhd-şahzadə Sesilyanın vəfatının 50-ci ildönümü münasibətilə Potsdamdakı Mərmər sarayda keçirilən sərginin açılışında çıxış etdi.

1 avqust 2009-cu ildə vəfat etdi.

Şəcərəsi

İlk evliliyi ÖvladlarıDoğum tarixiÖlüm tarixiEvliliyiNəvələriFrederika Tira Marion Vilhelmina Doroteya von der Osten14 iyul 1959 - (67 yaşında)Bernhard Ernest Dieter von Reyx (1 sentyabr 1984)Feliçita Yekaterina Malina İohanna von Reyx (28 oktyabr 1986)Viktoriya Sesilya Aleksandra Jozefina von Reyx (19 yanvar 1989)Donata Frederika Diana Sofiya von Reyx (28 yanvar 1992)Dinis Vilhelm Karl Aleksandr von der Osten15 fevral 196228 iyun 1989 (27 yaşında) - -Hubertus Kristof İoaxim Fridrix von der Osten5 may 1964 - (62 yaşında) - -Sesilya Feliçita Yekaterina Sofiya von der Osten12 mart 1967 - (59 yaşında)Ole Hüqo Marxen (29 iyul 1997)Culios Dinis Pyotr Ole Marxen

(17 oktyabr 1998)

İkinci evliliyi ÖvladlarıDoğum tarixiÖlüm tarixiEvliliyiNəvələriDiana Renata Frederika von Nostitz-Valvits7 oktyabr 1974 - (52 yaşında) Karl-Jan von der Qolts (2002)Leopold von der QoltsNikolay von der Qolts

Mənbə

Ədəbiyyat

Petropoulos, Jonathan. (2006) Royals and the Reich: The Princes Von Hessen in Nazi Germany. Page 242. Published - Oxford University Press. ISBN 0-19-516133-5 Eilers, Marlene A. (1987). Queen Victoria's Descendants. Baltimore: Genealogical Publishing Co. ISBN 978-0-8063-1202-6 MacDonogh, Giles (2003). The Last Kaiser: The Life of Wilhelm II. New York City: St. Martin's Griffin. ISBN 978-0-312-30557-4 Zeepvat, Charlotte (2003). Queen Victoria's Family: A Century of Photographs. Gloucestershire: Sutton Publishing. ISBN 978-0-7509-3059-8 Descendants of German Emperor Wilhelm I. heinbruins.nl

İstinadlar