Hacı Özbək Məscidi () — Osmanlı klassik dövr memarlığının erkən dövr əsərləri. İznik şəhərində yerləşir.

Tarixi Hacı Özbek Məscidi (1333) Osmanlı sənətinin ilk mühüm mərkəzi olan İznikdə yerləşir və Bizans tikinti texnikası ilə müsəlmanların ehtiyaclarının birləşməsini əks etdirən Osmanlı tək günbəzli məscidlərinin əsas nümunəsidir.Sultanates and Gunpowder Empires, Ira M. Lapidus, The Oxford History of Islam, Ed. John L. Esposito, (Oxford University Press, 1999), 371. Pəncərənin üzərindəki kitabəyə əsasən, məscid Osmanlı sultanı Orxan Qazinin İzniki fəth etməsindən iki il sonra, hicri 734-cü ildə (1333-cü il) Hacı Özbek bin Məhəmməd tərəfindən tikdirilmişdir.Sheila Blair and Jonathan Bloom, The Art and Architecture of Islam, 1250-1800, (Yale University Press, 1994), 134. Bina səkkiz metr (26 fut) diametrində günbəzlə örtülmüş kvadrat formalı zaldan ibarət vahid tikilidir. Məscidin günbəzinin barabanı onikigüzəlidir və daxili hissədə üçbucaqlı müstəvilərdən ibarət zolaqla bəzədilmişdir. Məscid şaquli şəkildə düzülmüş kərpiclərlə ayrılmış, fərdi şəkildə kəsilmiş daşların növbələşdiyi üçqat kərpic qatından ibarətdir.Ottomans, Andrew Petersen, Dictionary of Islamic Architecture, (Routledge, 1996), 217.

1939-cu ildə yolun genişləndirilməsi üçün zalın qərbindəki üç aşırımlı hissə sökülmüşdür. Bu hissənin cənub hissəsi tağtavanla, şimal hissəsi isə güzgü tipli tağtavanla örtülmüşdü. Sökülmüş hissənin yerində 1959-cu ildə binanın şimal tərəfinə yeni qapalı tikili əlavə edilmişdir. Məscidin heç vaxt minarəsi olmayıb. İnteryerin bəzək elementləri suvaq qatları altında qalaraq itmişdir. Məscidin tikintisində kərpic və qırıq daşla birlikdə divarların yuxarı hissəsində mişarvari kərpic karnizlərdən, kərpic günbəzin üzərində isə terrakota kirəmitlərdən istifadə edilmişdir.

İstinadlar

Xarici keçidlər

Haci Özbek Camii, Archnet

Kateqoriya:İznik Kateqoriya:Türkiyə məscidləri Kateqoriya:Osmanlı dövrünün abidələri Kateqoriya:İslam Kateqoriya:1333-cü ildə tamamlanmış binalar və tikililər