Ürək (; – kardia) — döş qəfəsinin orta döş xəttindən solda yerləşir. Təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzv. Ürəkətrafı ciblərlə – ürək kisəsilə əhatə olunmuşdur. Ürək kisəsinin daxilində bir neçə millilitr həcmində qan plazması xassəli maye vardır ki, bu da ürək işlərkən onun ətraf toxumalarla sürtünməsinin qarşısını alır. Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır. Heç bir uşaq boş boşuna ürəyi araşdırmaz de görüm Bialogiya yoxsa Təbiət?

Ümumi məlumat 230 px|thumb|left|1.yuxarı boş vena – (), 2.aşağı boş vena – (), 3. Sağ qulaqcıq – (), 4.üçtaylı qapaq – (), 5. Sağ mədəcik – (), 6.ağciyər kötüyü qapağı – (), 7.ağciyər kötüyü (), 8.sol yuxarı və aşağı ağciyər venaları – (), 9. Sol qulaqcıq – (), 10.ikitaylı qapaq – (), 11.Sol mədəcik – (), 12.aorta qapağı – (), 13.Aorta qövsü – (), 14.Aorta – (), 15. Ürəyin zirvəsi – () İnsan ürəyi yastılaşmış konusabənzər əzələvi bir üzv olub, döş qəfəsində, ağciyərlərin arasında asimmetrik bir vəziyyətdə yerləşmişdir. Bunun iki ucu, iki səthi və iki kənarı vardır; enli ucu – əsası – () yuxarı, sağ və dala; sivri ucu – zirvəsi – () aşağı, sola və qabağa baxır; beləliklə ürəyin boylama oxu çəp istiqamətdə, yuxarıdan aşağı sağdan-sola və arxadan önə doğru gedir. Ön döş-qabırğa səthi – () çıxıqdır və döş sümüyü ilə III–VI qabırğa qığırdağına soykənmişdir. Aşağı diaftaqma səthi – () əksinə olaraq yastılaşmışdır və diafraqmanın vətər mərkəzinə söykənmişdir. Bunların üzərində mədəciklərarası şırım – () vardır. Şırımların aşağı ucları ürək zirvəsinin sağ tərəfində bir-birilə birləşərək bir oyma' – () əmələ gətirirlər. Ön mədəciklər arası şırımda ürəyin sol tac arteriyası və dal şırımda sağ tac arteriyası yerləşir. Bunlardan başqa ürəyin xarici səthinin yuxarı hissəsində köndələn istiqamətdə gedən tac şırım – () vardır. Ürək xaricdən ön və dal mədəcikarası və köndələn şırımlar vasitəsilə dörd hissəyə (kameraya) bölünür: yuxarı hissələrinə sağ və sol qulaqcıq – () və aşağı hissələrinə sağ və sol mədəcik – () deyilir. Sağ qulaqcıq sol qulaqcıqdan qulaqcıqarası arakəsmə – () və sağ mədəcik sol mədəcikdən mədəcik arası arakəsmə – () vasitəsilə ayrılmışdır; lakin sağ qulaqcıq sağ mədəcik ilə və sol qulaqcıq sol mədəcik ilə () adlanan dəliklər vasitəsilə birləşir. Ürəyin əsasını arxa tərəfdən qulaqcıqlar və tərəfdə aorta ilə ağciyər kötüyü, zirvəsini – sol mədəciyin aşağı ucu, () adlanan sol küt kənarını – sol mədəciyin sol tərəfi və sağ sivri kənarını – () – sağ mədəciyin sağ tərəfi təşkil etmişdir. Ürəyin əsası dördbucağa bənzəyir; bunun yuxarı və sağ bucağında yuxarı boş vena – (), aşağı sağ bucağında aşağı boş vena – () sağ qulaqcığa açılır; bunlardan bir az sola sağ yuxarı və aşağı ağciyər venaları – () və ürək əsasının sol kənarında sol yuxarı və aşağı ağciyər venaları – () sol qulaqcığa açılırlar. Burada ürəkdən çıxan və ürəyə daxil olan damarlar ürəyin seroz qişası (epikard) ilə əhatə olunmuşdur. Sağ mədəcikdən ağciyər kötüyü () vasitəsilə kiçik qan dövranı və sol mədəcikdən aorta vasitəsilə böyük qan dövranı başlayır. Bunların başlanan yerində () adlanan dəliklər vardır. Qulaqcıq-mədəcik dəlikləri, ağciyər kıtüyü dəliyi və aorta dəliyi qapaqlarla tutulmuşdur. Sağ qulaqcıq və sağ mədəcik arasındakı qapağa sağ qulaqcıq-mədəcik qapağı və ya üçtaylı qapaq – (), sol qulaqcıq və sol mədəcik arasındakına sol qulaqcıq-mədəcik qapağı və ya ikitaylı qapaq – (), ağciyər kötüyü dəliyində olan qapağa ağciyər kötüyü qapağı – () aorta dəliyində olan qapağa aorta qapağı – () deyilir. Bunların hamısı büküş şəklində iki səfhədən təşkil olaraq ürəyin daxili təbəqəsindən (endokarddan) əmələ gəlmişdir. Qulaqcıq-mədəcik qapaqlarını təşkil edən endokard səfhələrinin arasında bir qat lifli birləşdirici toxuma vardır. Bu qapaqlar qulaqcıq və mədəcik arasındakı dəlikləri əhatə edən lifli halqalara – () bağlanmışdır. Üçtaylı qapaq ilə ikitaylı qapaq qulaqcıqlar ilə mədəciklər arasında yerləşərək qanın mədəciklərdən qulaqcıqlara qayıtmasına, ağciyər kötüyü və aorta qapaqları aqciyər kötüyünün və aortanın başlanan uclarında yerləşərək qanın geriyə – mədəciklərə (yəni ağciyər kötüyündən sağ mədəciyə və aortadan sol mədəciyə) qayıtmasına mane olur. Ürəyin divarları üç qişadan təşkil olunmuşdur: daxili qişa – endokard – (), orta əzələ qişası – miokard – () və xarici seroz qişa – epikard – (). Qulaqcıqların divarı mədəciklərdən nazikdir; çünki bunların vəzifəsi qanı venoz sistemdən alıb ancaq mədəciklərə (yaxın məsafəyə) verməkdir. Sol mədəcik qanı böyük dövrana vurduğu üçün təbii ki onun işi çoxdur. Odur ki, sol mədəciyin divarları, öz vəzifəsinə uyğun olaraq, sağ mədəciyin divarlarından təxminən üç dəfə qalındır. Qulaqcıqların dal hissəsi geniş olub tam mənada qulaqcıq boşluğunu təşkil edirlər; qabaq hissələri isə çıxıntı halında olun qulaqcıq seyvanı – () adını alırlar. Bunların daxili səthində daraqlı əzələlər – () olur. Mədəciklərin divarları bir o qədər də hamar deyildir; bunların daxili səthində bir çox ətli atmalar – (), məməyəbənzər əzələlər – () vardır. Məməyəbənzər əzələlərin zirvələrindən nazik vətər telləri – () başlayaraq, yuxarıda göstərilən taylı qapaqların kənarlarına bağlanırlar və mədəciklər sistola edərkən qapaqlar örtüldüyü zaman məməyəbənzər əzələlərin fəaliyyəti nəticəsində gərginləşib onların qulaqcıqlara doğru açılmalarına mane olurlar. Beləliklə məməyəbənzər əzələlərin və onlardan başlayan vətər tellərinin olduqca əhəmiyyəti çoxdur. Ətli atmaların əhəmiyyəti mədəcik divarlarını həddindən artıq gərginləşmədən mühafizə etməkdir.

Sağ qulaqcıq thumb|230 px|left|Sağ qulaqcıq və mədəcik Sağ qulaqcıq – () ürək əsasının qabaq və sağ tərəfini işğalK. Ə. Balakişiyevin öz ifadəsi etmişdir və özü də kub şəklindədir. Bunun yuxarı divarına yuxarı boş venanın dəliyi (ağzı) – () və arxa divarını aşağı boş venanın dəliyi (ağzı) – () açılır. Bunların arasında arxa divar üzərində xüsusi bir qabarcıq – () vardır. Bu qabarcıq embrional dövrdə yuxarı boş venadan gələn qanın axınını sağ mədəciyə doğru yönəldir və müəyyən dərəcədə Yuxarı və aşağı boş venalardan gələn qan axınlarının bir-birinə toqquşmasına mane olur. Sağ qulaqcığın ön hissəsi çıxıntı şəklində olur və sağ seyvanı – () təşkil edir. Bu, üçbucaq şəklində olub sağ tərəfdən orta əsasını əhatə edir və ağ ciyər kötüyünün sağ tərəfinə keçir; daxili səthində daraqlı əzələlər – () vardır. Bunlar yuxarıda çəp istiqamətdə durmuş hüdudi daraq – () üzərində tam olurlar. Hüdudi daraq sağ qulaqcığın xarici səthində olan hüdudi şırıma – () uyğundur. Sağ qulaqcığın sol divarını qulaqcıqlar arası arakəsmə – () təşkil etmişdir. Bu arakəsmənin sağ səthində (yəni sağ qulaqcığa baxan səthində) oval çuxur – () vardır. Bu çuxurun yerində embrional dövrdə dəlik – () olur. Belə ki, embrionda sağ qulaqcıq sol qulaqcıq ilə birləşir. Döl anadan olandan sonra həmin dəlik tutulur və əvəzində oval çuxur əmələ gəlir. Oval çuxur yuxarı və qabaq tərəfdən büküş (haşiyə) – () vasitəsilə əhatə olunmuşdur. Bu büküş aşağı boş venanın ağzının aşağı kənarına doğru gedərək onun qapaqcığı ilə – () birləşir. Bu qapağın və yuxarıda göstərilən büküşün embrional dövrdə artıq dərəcədə əhəmiyyəti vardır. Çünki bunların vasitəsilə aşağı boş venadan gələn qanın axını sağ qulaqcıqdan sol qulaqcığa yönəldilir. Döl anadan olandan sonra həmin büküşlərin əhəmiyyəti itir. Sağ qulaqcıq aşağı tərəfdən sağ qulaqcıq-mədəcik dəliyi – () vasitəsilə sağ mədəcik ilə birləşir. Bu dəliyin şəkli girdə və bir az uzunsovdur və diametri 4 sm-dir. Yuxarı və aşağı boş venalardan başqa sağ qulaqcığa bir də ürəyin tac cibi – () və ürəyin kiçik venalarının dəlikləri (ağızları) – () açılır. Ürəyin tac cibi aşağı boş vena ağzı ilə sağ qulaqcıq-mədəcik dəliyinin arasında yerləşir və endokard təbəqəsindən əmələ gəlmiş kiçik bir qapaqcıq – () vasitəsilə əhatə olunmuşdur. Bu qapağın əhəmiyyəti bundadır ki, qulaqcıq sistola edərkən tac cibi örtərək qanın ürəyin xüsusi venalarına doğru qayıtmasına mane olsuna

Sağ mədəcik 800|right|thumb|Ağciyər kötüyü, aorta və qulaqcıq-mədəcik dəlikləri, taylı və aypara qapaqlar 300 px|thumb|left|Ürək qapaqları 800|right|thumb|Ağciyər kötüyünün aypara qapaqcıqları Sağ mədəcik – () üçbucaqlı piramidaya bənzəyir; bunun əsəsı sağ qulaqcığa və zirvəsi aşağı doğru baxır. Sağ mədəcikdən ağciyər kötüyü başlandığı üçün iki hissəyə bölünür; dal hissəsi tam mənada mədəcik boşluğunu təşkil edərək sağ qulaqcıq ilə rabitədə olur; qabaq hissəsi isə konusa ya qıfa bənzədiyi üçün () adlanır. Bunlar bir-birindən əzələvi bir daraq – () vasitəsilə ayrılmışdır. Quruluş cəhətcə konusun fərqi bundadır ki, burada ətli atmalar yoxdur, divar hamardır. Sağ mədəcik divarlarınada bir çox ətli atmalar – () və üç ədəd məməyəbənzər əzələ – () vardır. Məməyəbənzər əzələlərdən biri ön və yan tərəfdə, digəri arxa və yan tərəfdə və üçüncüsü içəri tərəfdə (mədəciklər arası arakəsmədə) yerləşmişdir; bunlardan başqa bəzən bir neçə əlavə məməyəbənzər əzələlər də təsadüf olunur.

Sağ qulaqcıq-mədəcik dəliyi sağ qulaqcıq-mədəcik qapağı ya üçtaylı qapaq (trikuspidal qapaq) – () ilə örtülmüşdür. Bunu təşkil edən tayların biri öndə – (), digəri dal tərəfdə – () və üçüncü içəri tərəfdə – () olur. Bunların şəkli üşbucağa bənzəyir: əsasları qulaqcıq-mədəcik dəliyini əhatə edən lifli halqaya – () və kənarları ilə zirvələri vətər telləri – () vasitəsilə mədəcik divarına və ya məməyəbənzər əzələlərə bağlanmışdır.

Lifli halqa – () lifli birləşdirici toxumadan təşkil olaraq qulaqcıq-mədəcik dəstəsi – () keçən yerdən başqa tamamilə qulaqcıqların əzələ qişasını mədəciklərin əzələ qişasından ayırır. Lifli halqanın yan ucları bir qədər qalınlaşaraq üçbucaq şəklini alırlar və () adlanırlar.

Ağciyər kötüyünün sağ mədəcikdən başlanan ucu, yəni ağciyər kötüyü dəliyi ağciyər kötüyü qapağı – () ilə tutulmuşdur. Bu qapaq üç aypara qapaqcıqdan təşkil olunmuşdur; bunlardan biri ön tərəfdə – (), digəri sağ tərəfdən – () və üçüncüsü sol tərəfdən – () yerləşmişdir. Aypara qapaqcıqlar dəliyi örtərkən cib şəklini alırlar; bu ciblərə ağciyər kötüyü cibləri – () deyilir. Qapaqcıqların çıxıq səthləri mədəciyə və basıq səthləri damara doğru baxır. Hər aypara qapağının azad kənarlarının ortasında kiçik bir düyüncük – () vardır, bununyan tərəfində qapaqcığın azad kənarları nazik bir halda qalaraq aycıq – () adlanır. Mədəcik sistola edərkən ağciyər kötüyü qapağı açılıb qanı ağciyər kötüyünə buraxır; aypara qapaqcıqların ortasında yuxarıda göstərilən düyüncüklər olduğu üçün onlar, tamamən damarın divarına söykənmir; beləliklə mədəciyin diastolası zamanı damarda olan qan artıq təzyiq ilə aypara qapaqcıqların ciblərinə dolur, nəticədə bunlar bir-birinə yaxınlaşaraq ağciyər kötüyü dəliyini möhkəm qapayırlar; ayparalar yaxınlaşdıqda onların nazik kənarları (aycıqları) bir-birinə sıxılaraq qanın damardan mədəciyə qayıtmasına mane olur.

Sol qulaqcıq Sol qulaqcıq – () ürəyin ən dal hissəsini işğal edib arxa tərəfdən qida borusuna və öndən aortaya söykənmişdir. Bunun ön hissəsi sol seyvan – () arxadan ınə doğru gedərək ağciyər kötüyünü sol tərəfdən əhatə edir. Sol qulaqcığa yuxarı tərəfdən ağciyər venalarının dəlikləri (iki cüt) – () açılır;

Embrional dövrdə ağciyər venası tək olur, bu damar həər ağciyərdən bir şaxə qəbul edir. Bunların da hər biri iki şaxədən təşkil olunur. Sonradan ağciyərin ümumi venası yavaş-yavaş genələrək sol qulaqcığın divarını əmələ gətirir, on görə onun kökləri qulaqcığa yaxınlaşır və nəticədə sol qulaqcığa açılan damarların miqdarı çoxalır (dördə çatır).

aşağı tərəfdə o, sol qulaqcıq-mədəcik dəliyi – () vasitəsilə sol mədəciklə birləşir. Bu dəlik ovala bənzəyir və sağ tərəfdəkindən dar olur.