thumb|Apokalipsisin dörd atlısı, Viktor Vasnetsovun 1887-ci ildə çəkdiyi rəsm. Soldan sağa Ölüm, Qıtlıq, Müharibə və Fəth təsvir olunub; Quzu yuxarı hissədədir.|upright=1.2 Apokalipsisin dörd atlısı və ya Məhşərin dörd atlısı — Əhdi-cədiddəki Vəhy Kitabında yer alan, Patmoslu Yəhyaya aid edilən və təxminən eramızın 95-ci ilinə aid olduğu qəbul edilən apokaliptik ədəbiyyat nümunəsi olan obrazlar. Oxşar eyhamlara əsrlər əvvəl yazılmış Əhdi-ətiqin Yezekel və Zəkəriyyə kitablarında da rast gəlinir. Mətn yalnız dördüncü atlıya ad versə də, sonrakı şərhlərdə onlar çox vaxt Fəth, Müharibə, Qıtlıq və Ölümün təcəssümləri kimi təqdim edilir.

Vəhy kitabının 6-cı fəslində Allahın sağ əlində yeddi möhürlə möhürlənmiş bir kitabdan və ya tumardan bəhs edilir. Tanrı quzusu/Yəhuda aslanı yeddi möhürdən ilk dördünü açır və bunun nəticəsində ağ, qırmızı, qara və solğun rəngli atlara minmiş dörd varlıq meydana çıxır. Ölüm istisna olmaqla, bütün atlılar zahirən insan kimi təsvir olunur.

Yəhyanın vəhyində birinci atlı ağ ata minir, əlində yay tutur və fəthin rəmzi olaraq ona tac verilir. İkinci atlı əlində qılınc tutur və müharibənin, qarşıdurmanın və çəkişmənin səbəbkarı kimi qırmızı ata minir. Ərzaq taciri olan üçüncü atlı aclığı simvolizə edən qara ata minir və əlində tərəzi tutur. Dördüncü və sonuncu at solğun rəngdədir; onun belində Ölüm əyləşib və onu Ölülər aləmi müşayiət edir. "Onlara yer üzünün dörddə bir hissəsi üzərində ixtiyar verildi. Onlar əhalini uzun qılınc, ərzaq qıtlığı, ölümcül xəstəliklər və yerin vəhşi heyvanları vasitəsilə qırmalı idilər."

Xristianlıqda Apokalipsisin dörd atlısı, adətən, dünyada ilahi olaraq müəyyən edilmiş axırzamanı xəbər verən və Qiyamət gününün yaxınlaşmasını bildirən görüntü kimi şərh olunur.Compare:

İstinadlar

Kateqoriya:Bibliyanın məzmunu Kateqoriya:Əhdi-cədid şəxsləri Kateqoriya:Xristian mifologiyası Kateqoriya:Xristianlıqda mühakimə Kateqoriya:Vəhy Kitabındakı şəxslər