Domaso — İtaliyanın Lombardiya regionunda, Komo əyalətində yerləşən şəhərdir. Komasko dialektində şəhərin adı Dumàs kimi işlənir.... Domasoda 1.455 nəfər yaşayırdı. Milan şəhərindən təxminən 80 km şimalda, Komodan isə 40 km şimal-şərqdə yerləşir. 2011-ci il siyahıyaalmasına əsasən, Domasoda 1.455 nəfər yaşayırdı.Domaso Population in 2011 Şəhərin sahəsi 6,1 km²-dir.Demoqrafik və digər statistik məlumatlar: İtaliya Milli Statistika İnstitutu (ISTAT).

Domaso Koliko, Qravedona, Livo, Peqlio və Vercana bələdiyyələri ilə həmsərhəddir.

Tarixi 1634–1640-cı illərdə qubernator və xeyriyyəçi Lui Paniza Müqəddəs Varfolomey kilsəsini və monastırı yenidən tikdirmiş, kilsədə bir ibadətgah inşa etdirmişdir. O, həmçinin müəllimlərinin əməkhaqlarını ödəməklə iki məktəbin yaradılmasına kömək etmişdir. Lui Paniza ABŞ-ın qurucu atalarından biri olan Luis de Unzaqanın ana tərəfdən əcdadı idi.Cazorla, Frank. The Governor Louis de Unzaga (1717–1793), Forerunner in the birth of the United States and liberalism. Fundación, Malaqa, 2019, s. 6–23.

Demoqrafiya

Domasodakı CARIPLO bankında 27 aprel 1945-ci ildə Benito Mussolinidən götürülmüş məxfi sənədlər saxlanılırdı. Sənədləri partizan Pedro və İsveçrə-Britaniya ikili agenti Horfman banka yerləşdirmişdilər. Uinston Çörçill itkin sənədlərin bir qismini axtarmaq üçün 7 sentyabr 1945-ci ildə banka baş çəkmiş, bankın müdiri Ermanno Qibetsinin evində onunla çay içmişdi. Çörçill Qibetsinin həmin banka bu yaxınlarda təyin olunduğunu bilmirdi. Sənədləri görmüş əvvəlki direktor Luici Rumi isə bir neçə həftə əvvəl təqaüdə çıxmışdı. Həmçinin bax

Aliano Aqerola Artena Asso Atina

İstinadlar

Xarici keçidlər Komo gölündə bərə xidmətləri

Kateqoriya:İtaliya şəhərləri