Daman-e-Koh — İslamabadın şimalında təpənin zirvəsindəki bir bağdır. Marqalla təpələrinin mərkəzində yerləşir. Bu ad fars dilində "ətək" mənasını verən "Dāman" (دامن) və "təpə" mənasını verən "Kōh" (کوہ) sözlərinin birləşməsindən əmələ gəlib və birlikdə "dağətəyi" mənasını verir. dəniz səviyyəsindən təxminən 731 m, İslamabaddan isə təxminən 152 m yüksəklikdə yerləşir. Bu ərazi həm yerli sakinlər, həm də turistlər üçün məşhur məkandır.

İstinadlar

Kateqoriya:Pakistanın görməli yerləri Kateqoriya:İslamabad coğrafiyası