Quru yük gəmisi və ya quru yük daşıyan gəmi və ya sadəcə quruyükdaşıyan - toplu şəkildə quru yüklər, xüsusən də taxıl ağac materialları, ağac yonqarları, mineral gübrələr, beynəlxalq standartlara cavab verən kontynerlər və s. kimi müxtəlif quru yüklərin su hövzəsində daşınması üçün su nəqlityyatı vasitəsi.
Bu gəmilər üçün yük müxtəlif yollarla - qutu, tayalar, çəlləklər, konteynerlər və s. üsullarla qablaşdırıla bilər. Naviqasiya təhlükəsizliyini artırmaq üçün adətən ikiqat alt lıq və yanlıqlarla təchiz olunur.
Quruyükdaşıyanlar yükləmə-boşaltma üçün kran və bumlarla təchiz olunur. Quru yükdaşıyan gəmilər adətən iki göyərtəyə və gövdənin əsas hissəsini tutan böyük anbarlara malik olur. Çağdaş quruyükdaşınalarda soyudulma tələb edən yüklərin daşınması üçün nəzərdə tutulmuş bir soyuducu anbar da olmalıdır.
Xəzər dənizinin hövzəsində quruyükdaşıyanların sayı getdikcə artır. Azərbaycan Respublikasında bu tip gəmilərin istehsalı da mövcuddur.
Quru yük gəmilərinin növləri Daşınan yükün növündən asılı olaraq, quru yükdaşıyan gəmilərin aşağıdakı növləri var:
Tökmə yükdaşıyan və ya dənəvər yükdaşıyan gəmi - taxıl, kömür, filiz, sement və digər boş yüklər kimi toplu və dənəvər yüklərin daşınması üçün ixtisaslaşmış gəmi. Konteyner gəmisi - ISO konteynerlərində yük daşımaq üçün hazırlanmış birplatformalı gəmi. Taxtadaşıyan gəmi - ağac, oduncuq və meşə məlumatları daşımaq üçün nəzərdə tutulmuş gəmi. Ro-Ro gəmisi və ya diyircəkli yük gəmisi - təkərli yüklərin (avtomobil, yük maşını, vaqon) daşınması üçün nəzərdə tutulmuş gəmi.
Bir neçə digər növ quruyükdaşıyanlar, eləcə də dəstləşdirilmiş və ümumi təyinatlı quru yük gəmiləri mövcuddur.
İstinadlar
Kateqoriya:Gəmilər