Model Context Protocol () və ya MCP — 2024-cü ilin noyabrında Anthropic tərəfindən təqdim edilmiş açıq standart və açıq mənbəli freymvork. O, böyük dil modelləri (LLM) kimi süni intellekt (Sİ) sistemlərinin xarici alətlər, sistemlər və məlumat mənbələri ilə inteqrasiya və məlumat mübadiləsi üsulunu standartlaşdırmaq məqsədi daşıyır. MCP faylların oxunması, funksiyaların icrası və kontekstual sorğuların idarə edilməsi üçün standartlaşdırılmış interfeys təmin edir. Elan edildikdən sonra protokol OpenAI və Google DeepMind də daxil olmaqla, aparıcı Sİ təminatçıları tərəfindən qəbul edilib. 2025-ci ilin dekabrında Anthropic MCP-ni Linux Foundation nəzdində fəaliyyət göstərən Agentic AI Foundation-a ianə etdi.

İstinadlar

Kateqoriya:Generativ süni intellekt Kateqoriya:Tətbiqi proqram səviyyəsi protokolları Kateqoriya:Açıq standartlar Kateqoriya:Linux Foundation layihələri