Blufi — İtaliyanın Siciliya regionunda, Palermo ərazisində yerləşən şəhər və bələdiyyədir. Palermo şəhərindən təxminən 70 km cənub-şərqdə yerləşir.
Blufi Alimena, Bompiyetro, Qanqi, Petralya Soprana, Petralya Sottana və Rezuttano bələdiyyələri ilə həmsərhəddir.
Coğrafiya Blufi kəndi Madoniya dağları silsiləsinin cənub yamacında, təpə üzərində yerləşir. Ərazinin dəniz səviyyəsindən hündürlüyü 500–850 metr arasında dəyişir.
Bələdiyyənin ərazisi 20 km²-dir. Əsas yaşayış mərkəzinin ətrafındakı ərazilərlə yanaşı, Qanqi və Alimena bələdiyyələri arasında yerləşən Kasalcordano inzibati ərazisini də əhatə edir.
Digər kiçik yaşayış məntəqələri əsas mərkəzin yaxınlığında yerləşir. Alleri, Lupi və Ferrarello Nocilla çayı ilə əsas yaşayış mərkəzindən ayrılır. Kalabro, Nero və Cayya İnferyore isə Petralya bələdiyyələrinə doğru yüksələn yol boyunca, demək olar ki, bir-birinə bitişik yerləşir.
Ərazidən Cənubi İmera çayı, Nocilla və Oliva çayları keçir. Torpaqlardan əsasən kənd təsərrüfatı və sənətkarlıq fəaliyyəti üçün istifadə olunur.
Tarix
Adı Blufi adı ilk dəfə 1211-ci ildə, Palermo kilsəsinin Müqəddəs Roma imperatoru II Fridrixə bir sıra güzəştlər verdiyi sənəddə çəkilir. Sənəddə Petralya yaxınlığındakı torpaqları ifadə edən "Proedia Buluph apud Petraliam" adı qeyd olunur.
1482-ci ilə aid vəsiyyətnamədə Morata Bufali adına rast gəlinir. Digər sənədlərdə isə Belufi, Balufi və Bolufi toponimləri işlədilmişdir. Madonna dell'Olio ziyarətgahına aid sənəddə müasir Blufi adı qeyd olunur.
Görməli yerlər Cənubi İmera çayı üzərində üçtağlı körpü — Blufi və Petralya Sottana əraziləri arasında yerləşən, roman üslubunda tikilmiş körpü. Məsih Kral Ana kilsəsi — XX əsrin əvvəllərində tikilmiş şəhər kilsəsidir. Üçnefli interyeri sadə və bəzəksiz olsa da, bir neçə heykəllə zənginləşdirilmişdir. Bərpa işlərindən sonra kilsə 2001-ci ilin yayında yenidən ibadət üçün açılmışdır. Madonna dell'Olio ziyarətgahı — VIII əsrə aid edilən ziyarətgah şəhərdən 3 km aralıda, dəniz səviyyəsindən 660 metr yüksəklikdə yerləşir. "Madonna dell'Olio" adının ərazidəki zeytun bağları ilə əlaqəli olduğu ehtimal edilir. Yaxınlıqdan keçən Oliva çayının adı da bununla bağlı ola bilər. Başqa bir ehtimala görə, ad ziyarətgahın yaxınlığındakı mineral yağ mənbəyindən yaranmışdır. Marabuto qayalığı — ərəb hakimiyyəti dövrünə aid olduğu ehtimal edilən, üst-üstə yığılmış iri daşlardan ibarət məzar. Yerli əfsanəyə görə, bu daşlarda bir ruh yaşayır.
Həmçinin bax Aliano Aqerola Artena Asso Atina
İstinadlar
Kateqoriya:İtaliya şəhərləri