Aksumun Himyərə yürüşü — 518–525-ci illərdə xristian Aksum krallığı ilə yəhudi Himyər dövləti arasında baş vermiş müharibə. Bu müharibələr İran–Roma müharibələri dövründə Bərəkətli Ərəbistanda Sasanilər əleyhinə blok yaratmaq məqsədilə Roma imperiyası adından Aksum tərəfindən aparılan vasitəçilik müharibələri rolunu oynayırdı.

Zəmin B.e. II və III əsrlərində antik dövrdə "Bərəkətli Ərəbistan" kimi tanınan Cənubi Ərəbistanda Aksum krallığı siyasi və hərbi mövcudluq nümayiş etdirmiş, regionun nisbətən kənar ərazilərini tutmuş və yerli qəbilələrlə ittifaqlar qurmuşdu.

IV əsrin sonlarında yerli əhali iudaizmi qəbul etdi və Himyər adlı yəhudi krallığı yarandı. Himyər padşahı Zü Şənatirin hakimiyyəti dövründə aksumilər Himyəin paytaxtı Züfər şəhəri ilə diplomatik əlaqələr qursalar da, bu iki krallıq arasındakı dostluq münasibətləri uzun sürmədi. Belə ki, VI əsrin ikinci onilliyində yəhudi himyərlilər Cənubi Ərəbistanın xristian icmasını təqib etməyə başladılar.Preiser-Kapeller et al. (2020) p. 307.

VI əsrdə baş verən şiddətli quraqlıq Himyər krallığını zəiflətdi və onun Aksum tərəfindən fəth olunmasına zəmin yaratdı.

Nəticəsi 535-ci ildə Əbrəhə Əşrəm adlı xristian Aksum sərkərdəsi Sumuyəfə Əşvəyə qarşı üsyan qaldıraraq hakimiyyəti ələ keçirdi və özünü Himyər padşahı elan etdi. Nəcaşi Kalib tərəfindən yeni padşahı devirmək üçün həyata keçirilən bir neçə uğursuz hərbi yürüşdən sonra, Əbrəhə xərac ödəmək şərti ilə hakimiyyətdə qaldı və tezliklə Aksum krallığı, Bizans imperiyası və Sasanilər imperiyası ilə diplomatik əlaqələr qurdu.Preiser-Kapeller et al. (2020) p. 308

İstinadlar

Xarici keçidlər

Emperor Kaleb & The First Crusade (~500AD-~535AD) Kateqoriya:Bizans–Sasani müharibələri Kateqoriya:İstilalar Kateqoriya:Qədim Yəmən Kateqoriya:Vasitəçilik müharibələri Kateqoriya:VI əsrdə Asiya Kateqoriya:VI əsrdə xristianlıq Kateqoriya:Himyər dövləti