Zü Səmavi (müsnəd yazısı: 𐩹𐩪𐩣𐩥𐩺 və ya 𐩪𐩣𐩺; ) — Cənubi Ərəbistanda qədim zamanlarda ibadət edilən səma ilahı. O, xüsusən də köçəri bədəvilər arasında dəvələrlə əlaqələndirilirdi.
Simvolizm Səba dilində "Göylərə məxsus olan" mənasını verən Zül-səmavi səma ilahı kimi qəbul olunurdu. Eyni zamanda onun adı "Göylərin rəbbi" mənasını verən Məlikül-zül-səmavi olaraq da çəkilirdi.
Yayılması Zül-səmavi Səba dövləti dövründə Nəcran şəhərinin ulu tanrısı olmuşdur. Nəcranın qədim karvan ticarətindəki mühüm mövqeyi sayəsində bu tanrının kultu şimaldakı Bəraqişdən tutmuş cənubdakı Savama qədər bütün Yəmənə yayılmış, hətta Məin padşahlığı tərəfindən də qəbul edilmişdir. Mənbələrdə Nəcran şəhərində bu tanrıya həsr olunmuş iki müqəddəs məkanın, Rəqmatum qayasının və Kəbətanın adları çəkilir. Bunlardan ikincisi sonralar şəhərin xristianlıq dövründə Nəcran Kəbəsinə çevrilmiş ola bilər.
Yəməndəki Həram yaşayış məntəqəsində Zül-Səmaviyə ibadət edilən bir məbəd aşkar edilmişdir. Hərəmdan tapılmış və Zül-Səmaviyə ünvanlanmış bir yazıda süleymlilərin qəbiləsindən olan Xəvliyyat adlı qadının çirkli paltar geyindiyi və bunu ağalarından gizlətdiyi üçün tövbə etdiyi, tanrının onu bağışlamasını və lütf ilə mükafatlandırmasını istədiyindən, həmçinin təqsirinin əvəzi olaraq qurban kəsib cərimə ödədiyindən bəhs olunur.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Ərəb ilahları Kateqoriya:Orakul tanrıları