İsmayıl Əhməd oğlu İsmayılov (təxəllüsü: İsi; d. 24 aprel 1955, Tərtər rayonu, Azərbaycan SSR) — Azərbaycan rəssamı, pedaqoq, Azərbaycan Rəssamlar İttifaqının üzvü.

Həyatı və təhsili İsmayıl İsmayılov 24 aprel 1955-ci ildə Tərtər rayonunda ziyalı ailəsində anadan olmuşdur.

1974-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin "Rəsm və rəsmxətt müəllimi" fakültəsini bitirmişdir. Elə həmin illərdə Xalq rəssamı Səttar Bəhlulzadə ilə tanış olmuş, onun emalatxanasında sənətin incəliklərinə yiyələnməklə yanaşı, ustadın söhbətlərindən bəhrələnmişdir. 1982-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun "Memarlıq" fakültəsini bitirmişdir. 1989-cu ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu Xalq rəssamı Nadir Qasımovun sinif rəhbərliyi ilə "Rəngkarlıq" ixtisası üzrə başa vurmuşdur. Əmək və yaradıcılıq fəaliyyəti 228x228px|thumb|İsmayıl İsmayılov(1980-cı illər ) 1978–2003-cü illərdə Azərbaycan SSR Dövlət Peşə Təhsili Komitəsinin № 84 texniki məktəbində istehsalat təlimi ustası, pedaqoq və direktor müavini vəzifələrində çalışmışdır.

Sabunçu rayonunun abadlaşdırılması işləri və tədbirləri çərçivəsində Ümummilli Lider Heydər Əliyevin böyükölçülü portretlərini işləmişdir.

1995-ci ildə keçirilən "Füzuli–500" sərgisinə təqdim olunan rəssamın "Füzuli portreti (Şəbi-hicran)" əsəri sərgi açılmamışdan əvvəl Ümummilli Lider Heydər Əliyev tərəfindən bəyənilərək seçilmiş və Qazaxıstan dövlətinə hədiyyə edilmişdir.

İsmayıl İsmayılov həmçinin tanınmış ictimai-siyasi xadimlərin,o cümlədən Moskva şəhərinin sabiq meri Yuri Lujkovun, dünya şöhrətli alim Lütfi Zadənin, eləcə də bir çox nazirlərin,dövlət məmurlarının və digər elm xadimlərinin portretlərini işləmişdir.Yaratdığı portretlər və rəngkarlıq əsərləri Azərbaycanla yanaşı, xarici ölkələrdən ( Türkiyə, Rusiya, Qazaxıstan, ABŞ ,Əfqanıstan və s.) daxil olan sifarişlər əsasında, eləcə də özəl kolleksiyaçılar tərəfindən əldə edilərək ölkə xaricinə aparılmış və müxtəlif şəxsi kolleksiyalarda qorunub saxlanılır.

Bundan əlavə, "Muğam Ocağı" restoranının konseptual interyer həllərinin müəllifi olmuş, məkanın bədii tərtibatını və rəssamlıq işlərini yerinə yetirmişdir. O, həmçinin bir çox digər restoran və iaşə obyektlərinin də bədii tərtibatı və interyer dizayn işlərini həyata keçirmişdir.

Sərgiləri İsmayıl İsmayılov respublika və beynəlxalq səviyyəli bir çox sərgilərin iştirakçısı olmuşdur:

1985-ci il — "Mir i molodej" Bakı şəhər rəssam-müəllimlərinin sərgisi ("Uşaq qalereyası" sərgi salonu) — "45-ci ilin baharı" əsəri ilə. 1987-ci il — "Molodej stranı" (LKGİ-nin 31-ci qurultayına həsr olunmuş sərgi (V. Səmədova adına Sərgi salonu) — "Bizim əsr" əsəri ilə.border|center|thumb|223x223px|"Bizim əsr" (70×90) 1985-ci il 1987-ci il — "Payız" sərgisi (V. Səmədova adına Sərgi salonu) — "Yay günəşi" (80×81 sm) əsəri ilə. 1988-ci il — "Bir əsərin sərgisi" İncəsənət həftəsi (V. Səmədova adına Sərgi salonu) — "Sevib, sevilərək ölənlər(Məcnun)" (60×80 sm) əsəri ilə. 1988-ci il — Zaqafqaziya akvarelçi rəssamlarının sərgisi (Moskva şəhəri) — "Avtoportret" əsəri ilə. 1989-cu il — "Respublika Payız" sərgisi (S. Bəhlulzadə adına Sərgi salonu) — "Ümid" (60×80 sm) əsəri ilə. 1989-cu il — "Novruz-89" gənc rəssamların sərgisi (S. Bəhlulzadə adına Sərgi salonu) — "Vdoxnoveniye" (60×80 sm) əsəri ilə. 1993-ci il — Fərdi sərgi (Azərbaycan Mədəniyyət Fondu) — 3 ay davam edən fərdi sərgidə rəssamın 50-dən çox əsəri nümayiş etdirilmişdir. thumb|217x217px|Fərdi sərgisinin afişası (24 aprel 1993)|center

1995-ci il — "Füzuli–500" sərgisi (Azərbaycan Milli İncəsənət Muzeyi) — "Füzuli portreti(Şəbi-hicran)" (100×100 sm) əsəri ilə. (Əsər sərgi açılmamışdan əvvəl Ümummilli Lider Heydər Əliyev tərəfindən seçilərək Qazaxıstan dövlətinə hədiyyə olunmuşdur). 2021-ci il — "Zəfər" yubiley sərgisi (Muzey Mərkəzi) — "O gün gələcək" (80×80 sm) əsəri ilə.

Mətbuat və nəşrlərdə

"Senan Piriyev" portreti — "Ulduz" jurnalı (1986). "Gözəllik duyğusu ilə" məqaləsi — "Azərbaycan gəncləri" qəzeti (6 noyabr 1988 , səh. 4). "Rənglərin fəlsəfi yükü" analitik məqaləsi — "Azadlıq" qəzeti (17–18 dekabr 2006 , səh. 13). ExxonMobile Azerbaijan Limited "Muğam dünyası rəngləri" təqvimi — "Qarabağ şikəstəsi" əsəri (2007, avqust ayı səhifəsi) . "Qobustan" jurnalı — "Rənglərin fəlsəfi yükü" başlıqlı məqalə və əsərlərinin reproduksiyaları (2 - 2007, səh. 7 / səh. 43-46). "IRS" jurnalı — "Xocalı" əsəri (№1 (31), 2008,səh 34). (№2 (92), 2018,səh 45)

"Azərbaycan incəsənəti: təsviri sənət, dekorativ-tətbiqi sənət, memarlıq" ensiklopedik kitabı (II-III cild) — "Açıq qapı" əsəri (2011, səh. 130).

"Bəhruz bəy Kəngərli taleyi" kitabı — "Bəhruz Kəngərlinin portreti" əsəri (2017,səh. 198 / səh. 308).

Kateqoriya:Rəssamlar