Şampanlı Adelayd (; ) — Şampan qrafı II Teobaldın qızı, Fransa kraliçası.
Doğum tarixi məlum olmasa da, 1140-cı ildə Bluada doğulduğu güman edilir. Şampan qrafı II Teobaldın qızıdır.
İkinci xanımını da doğuş əsnasında itirən Fransa kralı VII Lüdovik oğul varisi arzusuyla elə həmin il yeni kraliça axtarışına başladı.
Nəhyaət, 5 həftə sonra 13 noyabr 1160-cı ildə Adelaydla evləndi. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.
II Filipp (1165-1223) Aqnessa (1171-1240)
Üstəlik bu evlilik siyasi əhəmiyyətə malik idi. Belə ki, Adelaydın atası II Teobald kralın mərkəzi hakimiyyətə boyun əyməyən ən güclü vassallarından biri idi. Kralla evliliyi boyunca siyasi nüfuzu olduqca çox idi. Belə ki, qardaşları Henri, Teobald və Vilyamla birlikdə dövlət məsələlərinə müdaxilə etməkdən çəkinmirdi. Üstəlik, qardaşlarından Vilyamı ölkənin baş kardinalı vəzifəsinə təyin etdirmiş, digər qardaşları Henri və Teobaldı isə kralın ilk evliliyindən doğulan qızlarıyla evləndirərək qohumluq əlaqələrini gücləndirmişdi.
1180-ci ildə ərinin vəfatının ardından 15 yaşlı oğlu II Filipp taxta çıxarıldı. Kral naibəsi seçilən Adelayd 1 il boyunca dövlət idarəsini əlində saxladı. Onun növbəti naibəlik dövrü isə oğlunun üçüncü səlib yürüşünə qatıldığı 1190-1191-ci illərə təsadüf edir.
4 iyun 1206-cı ildə Parisdə vəfat etdi.
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:XII əsr şəxsləri Kateqoriya:XIII əsr Fransa şəxsləri Kateqoriya:XIII əsr Fransa zadəganları Kateqoriya:XIII əsr şəxsləri Kateqoriya:Kapetlər sülaləsi Kateqoriya:Qadın hökmdarlar