Anatoli Mixayloviç Kaşpirovski (, ; ) — SSRİ və Rusiya psixoterapevti, bir sıra mənbələrdə "ekstrasens" kimi təqdim olunan şəxs. "Həkim-psixoterapevt Anatoli Kaşpirovskinin sağlamlıq seansları" televiziya proqramının aparıcısı olmuşdur. İddia edildiyinə görə, verilişini izləyən telesaşaçıları məsafədən müalicə etmişdir. RF Dövlət Dumasının I çağırış deputatı (LDPR partiyasından, 1994–1996) olmuşdur.

Kaşpirovski 1988-ci ildə Sovet televiziya verilişlərindən birində qonaq olarkən məşhurluq qazanmış, lakin geniş ictimaiyyətin diqqətini ilk dəfə 1989-cu ilin oktyabrında — Sovet sisteminin süqutunun başlanğıcı dövründə, Kiyevdə keçirilən "sağalma" prosesinin televiziya vasitəsilə yayımlanması zamanı cəlb etmişdir. Həmin dövrdə SSRİ-də sehr və paranormal hadisələr mövzusu yenidən populyarlıq qazanırdı. Postsovet dövründə onun seanslarından sonra yüzlərlə və ya minlərlə insanın "ağlını itirdiyi" barədə bəyanatlar fonunda populyarlığı sürətlə sönmüşdür. Anatoli Kaşpirovskinin özü isə yenidənqurma dövrünün rəmzlərindən birinə çevrilmişdir.

1993-cü ildə o, RF Dövlət Dumasının deputatı seçilmiş, bundan sonra 1995-ci ildə ABŞ-yə köçərək sabiq SSRİ ölkələrindən olan mühacirləri müalicə etməklə pul qazanmışdır. Rusiyada isə Kaşpirovskinin seanslarından sonrakı dövrdə paranormal olan hər şeyə maraq artmış və 2010-cu ilə qədər Rusiyada ödənişli xidmətlər göstərən 100 minə yaxın okkultist və ekstrasens fəaliyyət göstərmişdir. 2020-ci ildən etibarən özünün YouTube kanalında "sağlamlaşdırıcı seanslar" keçirməyə davam etmişdir.

İstinadlar

Kateqoriya:Psixologiya elmləri doktorları Kateqoriya:Rusiya Federasiyası Dövlət Dumasının deputatları Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:Rusiyanın televiziya aparıcıları Kateqoriya:Son bir ildə vəfat etmiş şəxslər Kateqoriya:SSRİ həkimləri Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:SSRİ-nin televiziya aparıcıları Kateqoriya:Tibb elmləri namizədləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:YouTube Gümüş play düyməsi alanlar