Andretta — İtaliyanın Kampaniya regionunda, Avellino əyalətində yerləşən şəhər və bələdiyyədir.
Coğrafiyası Əhalisinin böyük hissəsini emiqrasiya nəticəsində itirmiş Andretta, Apennin dağlarında, Ofanto çayının vadisinə hakim olan yüksək təpə üzərində yerləşir.
Tarixi Ərazidə Tunc dövrünə, təxminən e.ə. 1000-ci ilə aid yaşayış izləri, həmçinin Samnit və Roma dövrünə aid qalıqlar aşkar edilmişdir. Andretta haqqında ilk tarixi məlumat 1124-cü ilə aiddir. Həmin dövrdə yaşayış məntəqəsi Norman əsilli Folevil ailəsinin hakimiyyəti altında idi. Sonrakı dövrlərdə Zurlo və Karraççolo ailələri burada hakimlik etmişdir.
Qardaş şəhərlər
Ramapo, ABŞ — 1996-cı ildən
İstinadlar
Xarici keçidlər
Andretta bələdiyyəsinin rəsmi saytı
Kateqoriya:İtaliya şəhərləri Kateqoriya:İtaliya kommunaları Kateqoriya:Kampaniya regionunun kommunaları Kateqoriya:Avellino əyalətinin kommunaları Kateqoriya:Kampaniya regionunun şəhər və qəsəbələri