Kerç Politexnik Kolleci qətliamı — 17 oktyabr 2018-ci ildə Krımın Kerç şəhərindəki Kerç Politexnik Kollecində məktəbdə atışma və bombalı hücum baş vermişdir. Kollecin 18 yaşlı tələbəsi olan cinayətkar Vladislav Roslyakov özünü öldürməzdən əvvəl 20 nəfəri qətlə yetirmiş,73 nəfəri isə yaralamışdır. Bu hadisə 2004-cü ildə baş vermiş Beslan məktəb hücumundan bəri Rusiya və ya Ukrayna ərazisində baş verən ən ölümcül məktəb atışması idi.

Hadisə thumb|Yeməkxanada partlayış Cinayətkar 13 oktyabr 2018-ci ildə qanuni olaraq ov tüfəngi satın almış və daha sonra "Sokol" (Сокол) silah mağazasından 150 patron almışdır. O, 17 oktyabr 2018-ci ildə təxminən saat 10:02-də Kerç Politexnik Kollecinin binasına daxil olmuşdur. Qətliamdan sağ qurtulan şəxslərdən biri atışmanın 15 dəqiqədən çox davam etdiyini bildirmişdir. Bir neçə şahid silahlı şəxsin Kerç Politexnik Kollecinin dəhlizləri ilə gəzişərək tələbələrə və işçilərə fərq qoymadan atəş açdığını xatırlamışdır. Qətliam zamanı ən azı 30 güllə atılmışdır. O, həmçinin kompüter monitorlarına, kilidli qapılara və yanğınsöndürənlərə də atəş açmışdır. Hücum zamanı böyük bir mıx bombası partladılmış və yerli polis kampusda daha çox partlayıcı qurğunun zərərsizləşdirildiyini bildirmişdir. Partlayışdan, yoxsa atışmadan kimin öldüyü dəqiqləşdirilməmişdir. CNN bildirmişdir ki, "Rossiya-24" dövlət televiziya kanalı əraziyə 200 hərbi qulluqçunun göndərildiyini söylemişdir. Kollecdən 300 metr məsafədə, küçənin o biri tərəfində polis bölməsinin olmasına baxmayaraq, hüquq-mühafizə orqanlarının cavab verməsinin 10 ilə 15 dəqiqə çəkdiyi barədə şahid ifadələri bir-birindən fərqlənir. Qətliam silahlı şəxsin kollecin kitabxanasında intihar etməsi ilə başa çatmışdır. Hücumun qrafik video görüntüləri kollecin təhlükəsizlik kameraları tərəfindən çəkilmiş və daha sonra "Vesti. Krym" xəbər proqramının "YouTube" kanalında və veb-saytında yayımlanmışdır. Bu görüntülər qısa müddət sonra hər iki saytdan silinmişdir. Sağ qalanların hadisə ilə bağlı ilkin ifadələrində fərqliliklər var idi; bəziləri güclü bombanın partladığını iddia edir, digərləri isə yalnız atəş səsləri və qumbaralardan istifadə edildiyini təsvir edirdilər.

]]

Qurbanlar Rusiyanın Milli Antiterror Komitəsi qurbanların əksəriyyətinin yeniyetmələr olduğunu bildirdi. On beş tələbə və beş işçi həlak oldu.

Tələbələr:

Kseniya Boldina (17)

Vladislav Verdibozhenko (15)

Viktoriya Demçuk (16)

Ruden Jurayev (16)

Anna Juravlyova (19)

Alina Kerova (16)

Aleksey Lavrinoviç (19) – Roslyakovun kollec sinif yoldaşı

Egor Perepyolkin (19)

Vladislav Lazarev (19)

Ruslan Lisenko (17)

Roman Karımov (21)

Daniil Pipenko (16)

Sergey Stepanenko (15)

Nikita Florenski (16)

Dariya Çegerest (16)

Vladislav Roslyakov (18) (cinayətkar)

Heyət (İşçilər):

Anastasiya Baklanova (26) – İnformasiya və Karyera Uyğunlaşdırma İşləri şöbəsinin müdiri

Svetlana Baklanova (57) – Kollecin akademik işlər üzrə direktor müavini, riyaziyyat müəllimi, mərhum Anastasiya Baklanovanın anası

Larisa Kudryavtseva (62) – Kollecin Kimya mühəndisliyi və mexanika fənləri kafedrasının müdiri

Aleksandr Moiseenko (46) – İnformatika müəllimi, Roslyakovun kollec qrup kuratoru

Lyudmila Ustenko (65) – katibə

Rusiya səhiyyə naziri Veronika Skvortsova jurnalistlərə ümumilikdə 67 nəfərin yaralandığını, bunlardan 10-nun vəziyyətinin "kritik", o cümlədən beş nəfərin komada olduğunu bildirdi.

Krım Dövlət Şurasının sədri Vladimir Konstantinov qurbanların ailələrinə maliyyə kompensasiyası veriləcəyini elan etdi; ilkin müzakirələr ödənişlərin Rusiya federal büdcəsindən 1 milyon rubl (ABŞ dolları ilə 13577.73) və yerli büdcədən 1 milyon rubl olacağını irəli sürürdü.

2019-cu ilin payızında media atışma qurbanları siyahısına başqa bir adın əlavə olunduğunu bildirdi: hücumdan doqquz ay sonra kollecdə iqtisadiyyat dərsi deyən 61 yaşlı Olqa Nikolayevna Grişçenko vəfat etdi. Qadın qətliamdan sağ çıxmışdı, lakin qarnından çoxsaylı güllə yaraları almış və bir sıra əməliyyatlar keçirmişdi. Bununla belə, Krım Respublikasının Təhsil, Elm və Gənclik Nazirliyi Grişçenkonun ölümünün birbaşa onun aldığı xəsarətlərlə əlaqəli olmadığını bildirmiş və insanların onun ölümünü kollecdəki hücumla əlaqələndirməmələrini xahiş etmişdir.

Cinayətkar thumb|Roskyakov hücumdan 4gün əvvəl sokol dükannında Hücum kollecin dördüncü kurs tələbəsi Vladislav İqoreviç Roslyakov (rusca: Владислав Игоревич Росляков; 2 may 2000 – 17 oktyabr 2018) tərəfindən törədilmişdir. Qətliam baş verən zaman onun 18 yaşı var idi.

Roslyakovun təxminən on yaşı olanda atası ağır baş travması almış, nəticədə əlil olmuş, spirtli içki qəbul etməyə başlamış və Roslyakova, anasına və digər qohumlarına qarşı zorakılıq törətmişdir. Roslyakov yerli məktəbdə maraqsız və zəif qiymətlərlə oxumuşdur. Onun az dostu var idi və hobbiləri arasında silahlar və videooyunlar var idi. 2015-ci ildə o, elektrik olmaq üçün kolleçə daxil olmuşdur. Kollecdə o, partlayıcı maddələrə və silahlara maraq salmış, dərsə süngü-bıçaq gətirməyə başlamışdır. Bir gün o, sinifdə bibər qazı buraxmış və əməllərini izah edə bilməmişdir. Yehova Şahidi olan anası onun sosial fəaliyyətini məhdudlaşdırmış, ciblərini axtarmış, kino teatrına getməyə və ya kompüterdən istifadə etməyə icazə verməmiş, sonuncuya yalnız 16 yaşı tamam olduqda icazə vermişdir.

Hücumdan əvvəlki günlərdə Roslyakov o biri dünyaya inanmadığını bildirmişdir. Hücum ərəfəsində, qonşuların sözlərinə görə, Roslyakov mobil telefonu və digər kitabları ilə birlikdə içərisində ayələrin altını xətlədiyi İncili yandırmışdır.

Bir dostu Roslyakovun "politexniki çox nifrətlə sevdiyini" və müəllimlərindən qisas alacağına söz verdiyini iddia etmişdir. Həmçinin onun zorakılığa məruz qalmış ola biləcəyinə dair xəbərlər də var idi. Hücumdan əvvəlki günlərdə sosial mediada o, başqalarının cəhalətini, həyatında məqsədsizliyi, kütləvi atışmaları və intiharı müzakirə etmişdir. Təxminən 2016-cı ildən etibarən Roslyakov seriyalı və kütləvi qatillərə həsr olunmuş bir neçə onlayn icmada yer almışdır.

Hadisə yerini əks etdirən təhlükəsizlik kamerası görüntülərində Roslyakovun səkkizgülləlik (7+1) 12 kalibrli "Hatsan Escort Aimguard" porşenli tüfəngini daşıyarkən üzərində rus dilində "НЕНАВИСТЬ" (tərcüməsi: "NİFRƏT") sözü yazılmış ağ rəngli futbolka və qara şalvar geyindiyi görünür. Onun geyimi 1999-cu il Kolumbin Liseyi qətliamının cinayətkarlarından biri olan Erik Harrisin geyiminə bənzəyirdi ki, bu da qətliamın təqlidçi cinayət (copycat crime) olması ehtimalını gücləndirmişdir. Bəzi Rusiya bulvar qəzetlərinə görə, o, sosial şəbəkələrdə müxtəlif Dilan Klebold və Erik Harris fan-klublarının üzvü olmuş və dostlarına "qətliam törətməyin yaxşı olacağı" inancını bildirmiş, xüsusi nümunə olaraq Kolumbin Liseyi qətliamına istinad etmişdir. Üstəlik, o, iki cinayətkarın "mükəmməl" olduğu inancını dilə gətirmişdir. Cinayətkar Erik Harris kimi, Roslyakov da tüfəngi ilə ağzına atəş açaraq kollecin kitabxanasındakı kitab rəfinin yaxınlığında intihar etmişdir.

İstintaq prosesi Rusiya İstintaq Komitəsi hücumu əvvəlcə terrorizm kimi təsnif etsə də, daha sonra bunu "ümumi təhlükəli üsulla törədilmiş iki və ya daha çox şəxsin qətli" və "partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanunsuz olaraq əldə edilməsi, ötürülməsi, satılması, saxlanılması, daşınması və ya gəzdirilməsi" maddələri ilə əvəz etdi. Kerçdə baş vermiş mümkün terror aktı ilə bağlı ilk xəbərlərdən sonra bir çox rusiyalı siyasətçi və kütləvi informasiya vasitəsi hadisələrin "ukraynalı təxribatçıların" fəaliyyəti olduğunu və Ukrayna hökumətinin məsuliyyət daşıdığını irəli sürdü; lakin daha çox məlumat ortaya çıxdıqdan sonra onlar fikirlərini dəyişdilər. Eyni zamanda başqaları Roslyakovun qanuni olaraq silah və sursat almağa icazə verilməzdən əvvəl kifayət qədər yoxlanılıb-yoxlanılmadığını sual altına aldılar.

Qətliamdan dərhal sonrakı günlərdə müstəntiqlər onun dəqiq motivini müəyyən etmək cəhdi ilə Roslyakovun keçmişini araşdırdılar. Bu müstəntiqlər həmçinin aşkar etdilər ki, nəticədə onlar hadisəyə hesablanmış məktəb atışması kimi yanaşırlar. Rəsmilər işdəki bəzi məqamları, o cümlədən Roslyakovun silah üçün 30 000–40 000 rublu (480–640 ABŞ dolları) haradan əldə etdiyini və həmin silahdan istifadəni harada öyrəndiyini araşdırırlar. Məlum oldu ki, Roslyakov silah təhlükəsizliyi üzrə qanunla tələb olunan təlimi tamamladıqdan və tibbi arayış daxil olmaqla bütün tələb olunan sənədləri təqdim etdikdən sonra 2018-ci ildə silah saxlamağa icazə alıb və silahın qanuni sahibi olub. O, vaxtaşırı atıcılıq klubuna gedib. Atışmadan qısa müddət əvvəl o, qanuni olaraq 150 patron alıb.

İstintaq Komitəsi Roslyakovun ölümündən sonra psixiatrik ekspertizadan keçirilməsini əmr etdi. Krımın baş naziri Sergey Aksyonov oktyabrın 18-də bildirmişdi ki, cinayətkarın ortaq ola biləcəyi istisna edilmir və polis cinayət üçün Roslyakova "məşq keçən" şəxsi axtarır. Lakin 9 noyabr 2018-ci ildə İstintaq Komitəsi Roslyakovun təkbaşına hərəkət etdiyi qənaətinə gəldi.

Nəticə Tələbələr oktyabrın 23-də təhsilə qayıtdılar, girişlərdə tələbələrin şəxsiyyətinin təsdiq edildiyi yoxlama məntəqələri quraşdırıldı. Rusiya Fövqəladə Hallar Nazirliyinin Rostov Vilayət İdarəsinin sözçüsü jurnalistlərə bildirib: "Yoxlama aparılıb. İlkin məlumatlara görə, binanın uçmaq təhlükəsi yoxdur".

Cinayətkarın VKontakte səhifəsinin hack edilməsi

4 noyabr 2018-ci il gecəsi Roslyakovun "Anatoly Smirnov" adı altında silinmiş VK səhifəsi hack edilmişdir. İddia edilən cinayətkarın yazışmaları onlayn olaraq yayımlanmış və səhifənin məzmunu (abunəliklər, saxlanılan fotolar, saxlanılan musiqilər və s.) hər kəsin baxması üçün əlçatan olmuşdur. Yazışmalarda Vladislav Roslyakov digər məqamlarla yanaşı, həmyaşıdlarının anlayışsızlığından şikayətlənmiş, yaşamaq istəmədiyini, valideynlərinin "hər şeyi onun əvəzinə həll etdiyini" yazmış, kollecindən nifrət etdiyini bildirmiş və özü üçün "möhtəşəm buraxılış təşkil edəcəyini" qeyd etmişdir.

İstinadlar

Kateqoriya:17 oktyabrdakı hadisələr Kateqoriya:Ukraynada qətliamlar