Braunşveyqli Yelizaveta (; ) — alman zadəganı, Saksen-Altenburq hersoginyası.
23 iyun 1593-cü ildə Volfenbuttel şəhərində dünyaya gəldi. Atası Braunşveyq-Lünburq hersoqu Henri Yulius, anası isə Danimarka kralı II Frederikin qızı Yelizavetadır. 1 yanvar 1612-ci ildə Drezdendə Saksoniya kürfürstü I Kristianın oğlu Avqustla evləndirildi. Ancaq bu nigahdan övladı olmadı. Üstəlik cəmi 3 il sonra əri vəfat etdi.
İkinci evliliyi isə 25 oktyabr 1618-ci ildə Altenburqda Saksen-Altenburq hersoqu İohann Filipplə evləndi. Beləcə, Saksen-Altenburq hersoginyası ünvanını aldı. Cütlüyün bu nigahdan yalnız 1 qızı dünyaya gəldi.
Yelizaveta Sofiya (1619-1680)
Ərinin 1639-cu ildə vəfatından sonra Altenburqda yaşamağa davam etdi. 1650-ci ildə burada vəfat etdi.
Mənbə
Ədəbiyyat
New Journal for the History of the Germanic peoples, Volume 1, Issue 1–4, Anton, 1832, p. 88 Ute like to eat:princesses at the Saxon court, Leipzig University Press, 2007, p. 128 Moritz Theodor Frommelt: Sachsen-Altenburg geography or history, Klinkhardt, 1838, p. 129
İstinadlar
Kateqoriya:Almanlar Kateqoriya:XVII əsr zadəganları Kateqoriya:Orta Braunşveyq sülaləsi Kateqoriya:Velflər