Böyük Həsən (tam adı: Şeyx Tacəddin Həsən Olcatay noyon ibn Hüseyn noyon ibn Ağbuğa ibn İlxan noyon Cəlayır; ) — Elxanlı əmir əl-ümərası, Cəlairilər sultanlığının qurucusu və I sultanı (1335–1356)
Həyatı Şeyx Həsən noyon Hüseyn noyon oğlu 1305-ci ildə anadan olmuşdu. Elxanlılar dövlətinin böyük əmirlərindən biri olmuşdu. Ara savaşlarının fəal iştirakçısı idi. 1335-ci ildə qalib gəlib Cəlayırlar dövlətini qurdu.
Şeyx Həsən noyon Əmir Çoban Sulduzun qızı Bağdad xatunla ailə qurmuşdu. Elxanlı hökmdarı Sultan Əbu Səid Bahadur xan zorla Bağdad xatunu boşatdırıb özü evləndi. Xan öləndən sonra Şeyx Həsən noyon onun arvadı Dilşad xatun Dəməşq Xacə qızı Sulduzu aldı.
Ailəsi Sultan Üveys Cəlayır (1356–1374) Əmir Qasım Cəlayır (?-1368) Əmir İlkan Cəlayır
Həmçinin bax Cəlayır eli Cəlayırlar sülaləsi Cəlayırlar dövləti Kiçik Həsən
İstinadlar
Kateqoriya:Hökmdarlar Kateqoriya:Cəlairi hökmdarları Kateqoriya:XIV əsr Asiya hökmdarları