Şahzadə Georq Vilyam Frederik Karl (; ) — Britaniya və İrlandiya kralı III Georqun nəvəsi, Kembric hersoqu.
26 mart 1819-cu ildə Hannoverdə dünyaya gəldi. Atası Britaniya kralı III Georqun oğlu Kembric hersoqu Adolf Frederik, anası isə Hesse-Kassel landqrafı II Frederikin nəvəsi Avqusta Vilhelminadır. 11 mayda vəftiz edildi və əmiləri Uels şahzadəsi Georq, Klarens hersoqu Vilhelm və bibisi Şarlotta Avqust onun vəftiz valideynləri oldu. Doğulduğu əsnada babası hələ taxtda idi. Ancaq hələ 1 yaşında ikən babası vəfat etdi və sırasıyla əmiləri IV Georq və IV Vilhelmin səltənətlərinə şahid oldu.
İlk təhsilini Hannoverdə aldıqdan sonra ailəsinin 1837-ci ildə Britaniyaya dönməsiylə burada xüussi müəllimlərdən dərslər almağa başladı. Atası kimi hərbi karyeraya maraqlı idi və öncə Hannover hərbi birliyində, ardından 3 noyabr 1837-ci ildə Britaniya ordusunda polkovnik rütbəsi aldı. Orduyla birlikdə imperiyanın müxtəlif yerlərində xidmət etdi və 7 may 1845-ci ildə general-mayor rütbəsi aldı.
Kraliça Viktoriyanın icazəsi olmadan 8 yanvar 1847-ci ildə saray xidmətçilərindən birinin qızı olan aktrisa Sarah Feyrbroterlə gizlicə Londonda evləndi. Uzun illərdir ki, məşuqəsi olan bu xanımla olan evliliyi monarxial deyildi və bu səbəblə, nə xanımı, nə də ondan doğulacaq övladları Şahzadə Georqun mirasından və ünvanlarından yararlana bilmədi. Cütlüyün bu nigahdan 3 oğlu doğulmuşdu. Bunlardan ikisi rəsmi nigahdan öncə doğulmuşdu. Uşaqlara FitzGeorq soyadı verildi.
Georq FitzGeorq (1843-1907) Adolf FitzGeorq (1846-1922) Avqust FitzGeorq (1847-1933)
Atasının 1850-ci ildə vəfatından sonra Kembric hersoqu ünvanını miras aldı. 1854-cü ildə davam edən Krım müharibəsinə göndərildi və 19 iyun 1854-cü ildə general-leytenant rütbəsinə yüksəldi. Balaklava, Sevastopol və Alma çayı döyüşlərində iştirak etdi. Ancaq sağlamlıq problemləri səbəbilə 1854-cü ilin dekabrında öncə Maltaya, ardından İngiltərəyə döndü.
5 iyul 1856-cı ildə Britaniya ordusunun baş komandanı təyin edildi. 15 iyul 1856-cı ildə general, 9 noyabr 1862-ci ildə isə səhra marşalı rütbələrinə yüksəldi. Ordunun yenilənməsiylə bağlı parlamentin apardığı reformlara etiraz etdi. Üstəlik, onun ən güclü dəstəkçilərindən biri də Kraliça Viktoriya idi. Ancaq Şahzadə Georqun yaşlılığı və artan təzyiqlər nəticəsində 1 noyabr 1895-ci ildə vəzifəsindən istehfa verdi.
Son illərində eşitmə qabiliyyəti azaldı. Yeriməkdə əziyyət çəkirdi və Kraliça Viktoriyanın 1901-ci ildəki cənazə mərasiminə at arabasıyla qatılmağa məcbur oldu. 1903-cü ilin avqustunda baş tutan Almaniya səfərindən döndüksən sonra səhhəti pisləşdi. 17 mart 1904-cü ildə Londonda mədə qanaxması səbəbilə vəfat etdi. 21 martdakı mərasimin ardından cənazəsi Vestminster abbatlığına daşındı. Ertəsi gün Britaniya kralı VII Eduard, Kraliça Aleksandra, Uels şahzadəsi Georq və xanımı Tekli Mariyanın iştirakıyla Kensal-Qrin məzarlığına dəfn olundu.
Mənbə
Ədəbiyyat
Beckett, Ian F.W. A British Profession of Arms: The Politics of Command in the Late Victorian Army (U of Oklahoma Press, 2018).
İstinadlar