Beynəlxalq Elm Şurasının Elm və Texnologiya üzrə Komitəsi və ya Elm və Texnologiya üzrə Məlumat Komitəsi (, CODATA) — 1966-cı ildə Beynəlxalq Elmi İttifaqlar Şurası (; Qısaca: ICSU, hazırda Beynəlxalq Elm Şurası — ; Qısaca: ISC) tərəfindən təsis edilmiş fənlərarası komitə. Komitənin əsas məqsədi elm və texnologiya üçün mühüm əhəmiyyət kəsb edən məlumatların yığılması, kritik qiymətləndirilməsi, saxlanılması və geniş yayılmasını təmin etməkdir.
Tarixi və fəaliyyəti
CODATA XX əsrin ikinci yarısında elmi tədqiqatların həcminin sürətlə artması və məlumatların idarə olunması zərurətindən yaranmışdır. Komitə müxtəlif elmi sahələr arasında məlumat mübadiləsini asanlaşdırmaq, elmi məlumatların standartlaşdırılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində qlobal layihələr icra edir.
CODATA xüsusilə Açıq elm () və FAIR (Tapıla bilən, Əlçatan, Bərabər işlədilə bilən və Yenidən istifadə oluna bilən) məlumat prinsiplərinin dünyada tətbiq olunmasında aparıcı rola sahibdir.
Fundamental fiziki sabitlərlə əlaqədar fəaliyyəti
1969-cu ildə CODATA nəzdində Fundamental Fiziki Sabitlər üzrə İşçi Qrup () təsis edilmişdir. Bu qrupun əsas məqsədi beynəlxalq elmi və mühəndislik ictimaiyyətini fundamental fiziki sabitlərin rəsmi tövsiyə olunan dəqiqləşdirilmiş qiymətləri ilə müntəzəm təmin etməkdir.
İlk tövsiyə olunan qiymətlər məcmusu 1973-cü ildə nəşr olunmuşdur. Daha sonra elmi-texniki nailiyyətlər və ölçmə dəqiqliyinin artması ilə əlaqədar olaraq yeni dəstlər dalbadal təqdim edilmişdir: 1986-cı il dəsti 1998-ci il dəsti 2002-ci il dəsti 2006-cı il dəsti 2010-cu il dəsti 2014-cü il dəsti 2018-ci il dəsti (Beynəlxalq Vahidər Sisteminin (SI) əsas vahidlərinin yeni təriflərinə adaptasiya edilmişdir) 2022-ci il dəsti
Həmçinin bax
Beynəlxalq Elm Şurası Açıq elm Fiziki sabitlər Beynəlxalq Vahidlər Sistemi
İstinadlar
Kateqoriya:Beynəlxalq elmi təşkilatlar Kateqoriya:Beynəlxalq standartlar Kateqoriya:Fiziki sabitlər Kateqoriya:Parisdəki beynəlxalq təşkilatlar Kateqoriya:Standartlaşdırma təşkilatları Kateqoriya:Statistika təşkilatları