Rahib Abdulla oğlu Əkbərov — (11 fevral 1959, Tuğay, Şabran rayonu (keçmiş Dəvəçi rayonu) — Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət idarəçiliyinin hüquqi təminatı kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru.
Həyatı və təhsili
Rahib Əkbərov 1959-cu il, 11 fevral tarixində, Şabran Rayonunun (keçmiş Dəvəçi) Tuğay kəndində, Şamlı nəslindən olan Ələkbərlilər ailəsində anadan olmuşdur. Əslən tarixən mövcud olmuş Ağasıbəyli kəndindəndir. 1976-cı ildə Cəfər Cabbarlı adına Siyəzən şəhər 1 nömrəli tam orta məktəbi bitirmişdir. Ordu sıralarında Ukraynanın Nikolayev şəhərində xidmət etmişdir. Ali təhsil almaq üçün Bakı şəhərinə gəlmişdir. Bakı Dövlət Universitetində tarix üzrə təhsil almış, 1994-cü ildə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmişdir. Ardından Bakı Asiya Universitetində hüquq üzrə təhsilini davam etdirmişdir. "Vektor" beynəlxalq elm mərkəzinin keçirdiyi "Azərbaycanın gənc alimləri" layihəsinin qalibi olmuş, "İti qələm" və "Vətəndaş" fəxri diplomları ilə təltif edilmişdir.
Elmi fəaliyyəti
Elmi-pedoqoji fəaliyyətinə 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutununda başlamışdır. 1997-ci ildə Odlar Yurdu Universitetində Hüquq kafedrasının dosenti kimi pedoqoji fəaliyyət göstərib. 2001-ci ildən etibarən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında elmi-pedoqoji fəaliyyətlə məşğuldur.
2001-cü ildə Sadıq Səlimovla həmmüəllifi olduğu "Azərbaycan dövlət və hüquq tarixi" kitabını "Digesta" nəşriyyatında çap etdirir. Bu kitab ibtidai icma dövründən 21-ci əsrin əvvəllərinə qədər Azərbaycan ərazisində mövcud olmuş dövlətlərdən onların ictimai quruluşundan və hüququn inkişaf xüsusiyyətlərindən bəhs edir.
Rahib Əkbərov "Azərbaycanın hüquq tarixi" əsərində Azərbaycanımızın hüquq tarixi barədə bu fikirləri qeyd etmişdir:
"Azərbaycanın hüquq tarixi, xalqımızın və onun çoxəsrlik dövlətçiliyinin ayrılmaz tərkib hissəsidir. Kitabda təqdim edilmiş mövzularda dövlətəqədərki cəmiyyətdən başlayaraq XXI əsrin əvvəlləri də daxil olmaqla Azərbaycan ərazisində təşəkkül tapmış dövlətlərin ictimai quruluşları, idarəçilik təsisatları, hüquq mənbələri və hüquq sahələrinin inkişaf tarixi araşdırılmışdır."
Ali təhsil müəssisələrinin "hüquqşünaslıq" ixtisasının baklavriat və magistratura pillələri üçün dövlət və hüquq tarixinin öyrənilməsindən bəhs edən və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş fənn proqramları, metodik vəsait, dərslik və dərs vəsaiti müəllifidir. Azərbaycanın hüquq tarixinə dair məqalələri bir sıra beynəlxalq elmi konfrans materiallarında, o cümlədən Türkiyə, Ukrayna, Belarusiya, Moldova respublikalarında və Rusiya Federasiyasında çap edilib.
Rahib Əkbərov "Feodalizm dövründə idarəçilk sistemi və hüquq" adlı dərs vəsaitinin ("Diqesta" nəşriyyatı-2000-ci il, 174 səh.), "Azərbaycanın dövlət və hüquq tarixi" adlı dərs vəsaitinin ("Diqesta" nəşriyyatı-2001-ci il, 488 səh.), "Xarici ölkələrin dövlət və hüququ" adlı mühazirə kursunun ("Qanun" nəşriyyatı-2003-cü il, 248 səh.), "Baltikyanı və slavyan xalqlarının dövlət və hüquq tarixi" adlı dərs vəsaitinin ("Qanun" nəşriyyatı, 2004-cü il, 128 səh.), "Xarici ölkələrin dövlət və hüquq tarixi" adlı dərsliyin ("Qanun" nəşriyyatı, 2005-ci il, 516 səh.), "Azərbaycanın dövlət və hüquq tarixi" adlı monoqrafiyanın ("Qanun” nəşriyyatı, 2009-cu il, 604 səh.), "Müasir hüquq sistemləri" adlı dərsliyin ("Qanun” nəşriyyatı, 2014-cü il, 700 səh.), "Avropa hüququ"adlı dərs vəsaitinin ("Elm və Təhsil" nəşriyyatı, 2016-cı il, 354 səh.), "Azərbaycan Xalq Cümhuriyyətinin dövlət və hüquq tarixi" adlı monoqrafiyanın ("Elm və Təhsil” nəşriyyatı, 2018-ci il, 400 səh.), "Azərbaycanın hüquq tarixi" adlı dərsliyin ("Qanun" nəşriyyatı, 2021-ci il, 544 səh.), "Hüquq elminin tarixi və metodologiyası" (Qanun nəşriyyatı, 2023-cü il) və bu kimi bir çox tanınmış elmi əsərlərin müəllifidir.
Dos. Rahib Əkbərov hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Azərbaycanın hüquq tarixi", "Müasir hüquq sistemləri", "Hüquq elminin tarixi və metodologiyası" (magistr pilləsi) fənlərini tədris edir.
2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (I Respublika) dövlət və hüquq tarixi kitabını "Elm və Təhsil" nəşriyyatında nəşr etdirir. Monoqrafiyada Azərbaycan Xalq Cümhuriyyətinin dövlət təsisatları və hüquq institutlarının təşəkkülü və inkişafı öyrənilmişdir. Kitabda xırda şriftlərlə qeyd edilən və konkret faktlara əsaslanan nümunələr, məhz bəhs edilən məsələlərə dair oxucularda öz düşüncələrini formalaşdırmaq və mükalimə etmək imkanı yaratmaqla dialoq qurmaq məqsədi daşıyır. Monoqrafiyanın ayrı-ayrı paraqrafları ilə tanış olan oxucu, bəhs edilən məsələlərin həm tarixi, həm də hüquqi problemləri əhatə etməsi ilə rastlaşır. Dövlət və hüquq tarixinin tədqiqat obyekti olan bu məsələlərin geniş oxucu dairəsi üçün “darıxdırıcı” görünməsi anlaşılandır. Nəzərə almaq lazımdır ki, araşdırılan məsələlər dövlət-hüquq tarixinin öyrənmə predmeti və təyinatından irəli gələn səciyyəvi xüsusiyyətlərə əsaslanaraq təqdim edilmişdir.https://www.qanun.az/azerbaycan-xalq-cumhuriyyetinin-i-respublika-dovlet-ve-huquq-tarixi-2854
Bundan əlavə, 2026-cı ildə, Qanun nəşriyyatında, "Azərbaycanın hüquq tarixi" kitabı dövlətimizin, qalib ordumuzun, xalqımızın 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsi və dəvamında baş verən proseslər də daxil olmaqla, əlavə dəyişikliklərlə yenidən çap etdirmişdir. Kitabda təqdim edilmiş mövzularda dövlətəqədərki cəmiyyətdən başlayaraq XXI əsrin birinci rübü də, daxil olmaqla Azərbaycan ərazisində təşəkkül tapmış dövlətlərin ictimai quruluşları, idarəçilik təsisatları, hüquq mənbələri və hüquq sahələrinin inkişaf tarixi araşdırılmışdir.
Rahib Əkbərovun Azərbaycan Respublikasının Dövlət Suverenliyinin bərpası barədə bildirdiyi fikirləri:
"Konstitusiyanın xalqın suverenliyi adlanan 2-ci maddəsinin birinci bəndində göstərilirdi ki, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Bu maddənin ikinci bəndi isə, Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirirməsini təsbit etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi 30 ilə yaxın bir müddətdə tədidlərə və işğala məruz qalmışdır. Məhz, 2020-ci il Vətən müharibəsində əldə edilmiş Zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş aniterror əməliyyatı sayəsində işğalçı qüvvələr qəti məğlub edilmişdir. Beləliklə, bu qələbələr sayəsində Azərbaycanın Konstitusiya quruluşu ilə təsbit edilmiş ərazi bütövlüyü və dövlət suverenliyi təmin edilmişdir. Artıq, 2024-cü ildən başlayaraq hər il ölkəmizdə 20 sentyabr tarixi, Azərbaycan Respublikasında "Dövlət Suverenliyi Günü" kimi fəxr və qürurla qeyd edilir."
Əsərləri
•“Azərbaycan ərazisində ilk tunc dövrünün iqtisadi-ictimai strukturu”. Azərbaycan tarixi problemləri üzrə məruzələr məcmuəsi. Məqalə — “Elm”,nəşriyyatı. 0,4 ç.v.Bakı 1992.
•“Azərbaycanın qədim tunc baltaları”. Nizami Gncəvinin 850 illik yubleyinə həsr edilmiş “Azərbaycanın qədim və orta əsr tarixi problemləri” mövzusunda keçirilən elmi konfransın materialları. Məqalə — “Elm” nəşriyyatı. 0,5 ç.v.Bakı 1992.
•“Qədim Azərbaycanda metallurgiyanın inkişaf səviyyəsi”. Azərbaycan tarixi problemlərinə həsr olunmuş elmi konfrans. Məqalə — “Elm” nəşriyyatı. 0,5 ç.v. Bakı 1992.
• “Azərbaycan ərazisində qədim metallurgiyanın təşəkkül tapması”. Məqalə — “Azərbaycan EA” mətbəəsi. 0,6 ç.v. Bakı 1993.
•“Azərbaycan ərazisində erkən metallurgiya və metalişləmə”. Tarix e. n. alimlik dissertasiy. avtoreferat. “Azərbaycan EA” mətbəəsi. 1,75 ç.v. Bakı 1994.
•O государственных управлениях Манны и Атропатены. Məqalə — “Odlar Yurdu” Universiteti jurnalı.0,3 ç.v.Bakı, 1998, №1.
•XIX əsrin birinci yarısında Azərbaycanın dövlət quruluşu. Məqalə — “Hüquqi dövlət və qanun” jurnalı. 0,4 Bakı, 1999, № 9.
• Feodalizm dövründə idarəçilik sistemi və hüquq. Dərs vəsaiti. “Diqesta” nəşriyyatı. Bakı 2000-ci il. 10,5 ç.v. 174 səh.
• Azərbaycanın dövlət və hüquq tarixi. Dərs vəsaiti “Diqesta” nəşriyyatı. Bakı 2001-ci il. 24 ç.v. 488 səh.
• Baltikyanı və slavyan xalqlarının dövlət və hüquq tarixi. Dərs vəsaiti. “Qanun” nəşriyyatı. Bakı. 2004-cü il. 8,0 ç.v. 127 səh.
• Muxtar Qoşun alban qanunnaməsi hüququn mənbəyi kimi. Məqalə — “Odlar Yurdu” Universitetinin “Xəbərləri”. Bakı. 2001. № 6.0,4 ç.v.
• Azərbaycan Demokratik Respublikasının “Müəssisələri Məclisinə seçkilər haqqında 1919-cu il 21 iyul Əsasnaməsinə” dair. Məqalə — H. Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. MAU, Bakı. 3 may 2003-cü il.0,5 ç.v.
• Konstitusiya islahatı və səlahiyyətlərin bölgüsü. Məqalə — H. Əliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları “Odlar Yurdu” Universiteti, Bakı. 26 aprel 2003-cü il.0,3 ç.v
• XVI əsrdə Azərbaycanda torpağa və digər əmlaklara varislik hüququnun bəzi məsələlərinə dair. Məqalə — “Təfəkkür”Universitetinin elmi məqalələr məcmuəsi (hüquq). Bakı. noyabr 2003-cü il, № 4. 0,3 ç.v.
• Eşnunn şəhər qanunları. Məqalə — “Təfəkkür”Universitetinin elmi məqalələr məcmuəsi (hüquq). B., yanvar 2004-cü il, № 6.0,2 ç.v
• Организационные и методические основы деятельности по выявлению преступников. Məqalə — “Təfəkkür”Universitetinin elmi məqalələr məcmuəsi (hüquq). B., aprel 2004-cü il, № 9. 0,3 ç.v.
• Hüquqi dövlət ideyasının yaranması və inkişafı. Məqalə — H. Əliyevin anadan olmasının 81-ci ildönümünə həsr olunmuş elmi-praktik konfransın materialları. 10 may 2004-cü il, Bakı, 2004.0,5 ç.v.
• Xarici ölkələrin dövlət və hüquq tarixi (mühazirə kursu). Dərs vəsaiti. “Qanun” nəşriyyatı”.Bakı. 2003-ci il. 15,5 ç.v. 248 səh.
• “Azərbaycanın dövlət və hüquq tarixi” fənni üzrə proqram (bakalavr pilləsi üçün). Proqram. Bakı. 2001. Odlar Yurdu nəşriyyatı.0,5 ç.v.
• “Azərbaycanın dövlət və hüquq tarixi” fənni üzrə məşğələlərin öyrənilməsinə dair metodik vəsait. Metodik vəsait. Bakı. 2003. “Qanun” nəşriyyat. 3,0 ç.v.
• “X-XII əsrlərdə Azərbaycanın ictimai quruluşu”. Məqalə — ADPU-nun elmi məcmuəsi. Bakı, 2005.0,4 ç.v.
• “Xarici ölkələrin dövlət və hüquq tarixi”. Dərs vəsaiti. Bakı. 2005. “Qanun” nəşriyyatı. 2005. 32,25 ç.v. 516 səh.
• “Xarici ölkələrin dövlət və hüquq tarixi” fənni üzrə proqram. Proqram. Bakı. 2006. 0,5 ç.v.
• “Dövlət (konstitusiya) hüququ elminin tarixi və metodologiyası” fənni üzrə proqram. Proqram. Bakı. 2006. 0,5 ç.v.
• “Siyasi proseslərin hüquqi təminatı” fənni üzrə proqram. Proqram. Bakı. 2006. 0,5 ç.v.
• “Xarici ölkələrin dövlət və hüquq tarixi” fənni üzrə metodik vəsaiti. Metodik vəsait. Bakı. 2006. 1,0 ç.v.
• “Azərbaycan dövlət və hüquq tarixi” (ən qədim zamanlardan, XXI əsrin əvvəllərinə qədər). Dərs vəsaiti. Bakı. “Qanun” nəşriyyatı. 2009. 37,5 ç.v. 604 səh.
• “Azərbaycan feodal dövlətlərində idarəçiliyin təşkilinin bəzi məsələlərinə dair X-XII əsirlər”. Məqalə — Bakı Slavyan Universiteti elmi əsərlər toplusu. İçtimai siyasi elmlər seriyası Bakı – 2005, № 1-2. 0,3 ç.v.
• “Azərbaycan ərazisində şəhərlərin yaranmasının sosial-iqtisadi və hüquqi əsasları”. Məqalə — Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası Bakı - 2006 № 1. 0,4 ç.v.
• “Qədim Azərbaycan dövlətlərinin şəhərləri”. Məqalə — Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası Bakı - 2006 № 4. 0,4 ç.v.
•“Azərbaycanda şəhər idarəçiliyinin təşkili prinsipləri (son orta əsirlər)”. Məqalə — “Hüquqi dövlət və qanun” jurnalı. Bakı 2007, № 6.0,3 ç.v.
• “Azərbaycan şəhərlərində əsnaf birliklərinin “hüquqi şəxs” kimi fəaliyyəti haqqında”. Məqalə — Qanun jurnalı, Bakı – 2009, № 9.
• “Roma hüququ” fənninin proqramı. Proqram. Bakı. 2011. 0,5 ç.v.
• “Müasir hüquq sistemləri” fənninin proqramı . Proqram. Bakı. 2012. 0,5 ç.v.