Badenli Mariya Yelizaveta Vilhelmina (; ) — Böyük Baden hersoqu Karl Fridrixin nəvəsi, Braunşveyq hersoginyası.

7 sentyabr 1782-ci ildə Karlsruedə dünyaya gəldilər. Atası Böyük Baden hersoqu Karl Fridrixin oğlu vəliəhd-şahzadə Karl Lüdovik, anası isə Hessen-Darmştadt landqrafı IX Lüdovikin qızı Amaliyadır. Fransız və İsveçrəli mürəbbiyələrin nəzarətində saray təlim-tərbiyəsi aldı.

1 noyabr 1802-ci ildə Karlsruedə Braunşveyq şahzadəsi Fridrix Vilhelmlə evləndirildi. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.

II Karl (1804-1873) Vilyam (1806-1884) Ölü doğulmuş qız uşağı (16 aprel 1808)

Son övladının doğumundan 4 gün sonra infeksiya səbəbilə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Stiftung Residenzschloss Braunschweig, Haus der Braunschweigischen Stiftungen (Hrsg.): Marie! Die Frau des Schwarzen Herzogs. Ausstellungskatalog, Braunschweig 2015, ISBN 978-3-00-049405-5

İstinadlar

Kateqoriya:Braunşveyq-Bevern sülaləsi Kateqoriya:Almanlar Kateqoriya:XVIII əsr şəxsləri