Əbu Zəkəriyya Yəhya ibn. Ziyad ibn Abdullah ibn Mənzur əd-Deyləmi əl-Fərra (; ) — Kufə dilçilik məktəbinə mənsub dilçi və müfəssir.
Həyatı Əbu Zəkəriyya əl-Fərra Kufə şəhərində anadan oldu. Ləqəbi "əl-Fərra"dır. O, Məhəmməd ibn Həsən əş-Şeybaninin xalası oğlu idi. Mənbələrdə onun Kufə məktəbinin üçüncü təbəqəsindən olduğu qeyd olunur.
O, dövrünün müxtəlif alimlərindən dərslər aımışdır. Onun ən çox bəhrələndiyi, yanında yetişdiyi və vəfatından sonra yerinə keçdiyi əsas müəllimi əl-Kisaidir. Əbu Zəkəriyya əl-Fərranın digər müəllimləri Xəlil ibn Əhməd, Yunus ibn Həbib, Əbu Cəfər ər-Ruəsi, Müfəddəl əd-Dəbbi, Əbül-Cərrah, Əbu Sərvan və Əbu Ziyad əl-Kilabidir.
Əbu Zəkəriyya əl-Fərra Bağdad və Kufə şəhərlərində dərslər verdi və bu dərslər böyük rəğbətlə qarşılandı. O dövrün xəlifəsi Məmunun oğulları da daxil olmaqla çoxlu sayda tanınmış alim yetiştirdi. Əbu Ubeyd Qasım ibn Səllam, İbn əs-Sikkit və başqaları onun yetirmələrindən bəziləridir.
Qrammatika sahəsində "Nəhv elminin əmiri" tituluna layiq görülən Əbu Zəkəriyya əl-Fərranın Məkkəyə səfər edərkən xəstələndiyi və yolda vəfat etdiyi bildirilir.
Əsərləri Əbu Zəkəriyya əl-Fərranın qələmə aldığı əsərlərdən bəziləri bunlardır:
Məanil-Quran (ən məşhur əsəri). Əl-Bəha. Əl-Hüdud.
İstinadlar Kateqoriya:Ərəb filoloqlar Kateqoriya:IX əsr elm adamları