Əbül-Həsən Əli ibn Süleyman ibn əl-Fəzl əl-Əxfəş əl-Əsğər əl-Bağdadi (; ) — Kufə dilçilik məktəbinin nümayəndəsi, dilçi alim.

Bioqrafiyası 846-cı ildə Bağdad şəhərində anadan olmuş, 927-ci və ya 928-ci ildə Bağdad şəhərində də vəfat etmişdir.

O, Əbül-Əyna, Mübərrəd, Fəzl əl-Yezidi və Sələbə tələbəlik etmiş, Hələb və Misirə səyahətlər etmişdir.

Əl-Əxfəş əl-Əsğər Sibəveyhinin "əl-Kitab" adlı əsərinə şərh yazmışdır. O, "Kitabül-vahid vəl-cəm", "Kitabül-ənva", "Dərətül-Ərəb" və başqa əsərlərin müəllifidir.

Həmçinin bax Əl-Əxfəş əl-Əkbər Əl-Əxfəş əl-Əvsat

İstinadlar

Kateqoriya:Ərəb filoloqlar Kateqoriya:Ərəb yazıçılar Kateqoriya:IX əsr elm adamları