Meklenburq-Şverinli Luiza Şarlotta (; ) — ilk Böyük Meklenburq-Şverin hersoqu I Fridrix Fransiskin qızı, Saksen-Qota-Altenburq vəliəhdi.

19 noyabr 1779-cu ildə Şverində dünyaya gəldi. Atası Böyük Meklenburq-Şverin hersoqu I Fridrix Fransisk, anası isə Saksen-Qota-Altenburq hersoqu II Fridrixin nəvəsi Şahzadə Luizadır. Atasının 1785-ci ildə taxta çıxmasından sonra hersoqun yaşca ən böyük qızı olaraq mükəmməl saray təlim-tərbiyəsi aldı. Bu onun gələcəkdə güclü siyasi evlilik qurması üçün mühüm faktor idi.

1 noyabr 1795-ci ildə İsveç kralı IV Qustavla nişanlandı. Ancaq rus çariçası Böyük Yekaterina nəvəsi Aleksandra Pavlovnanın İsveç kralıyla evləndirmək niyyətində idi və bu səbəblə, diplomatik yolla bu evlilik planına etiraz etdi. Nəhayət, çariçanın müdaxiləsiylə ertəsi il nişan pozuldu. Atası bu nişanın pozulması qarşılığında təzminat istədi və aparılan danışıqların sonunda 1803-cü ildə Vismar şəhəri Meklenburq-Şverin mülkünə ilhaq edildi.

21 oktyabr 1797-ci ildə Ludviqslustda Saksen-Qota-Altenburq hersoqu II Ernestin oğlu vəliəhd-şahzadə Emil Avqustla evləndirildi. Seçilən bəy namizədi onun uzaq qohumu idi. Belə ki, hər ikisi də Saksen-Qota-Altenburq hersoqu II Frederikin nəticəsi idi. Cütlük xoşbəxt deyildi. Belə ki, əri bir neçə dəfə boşanmaq istəsə də, tərəflərin müdaxiləsiylə buna mane olundu. Cütlüyün bu nigahdan bir övladı doğuldu.

Luiza Doroteya (1800-1831)

Ancaq qızının doğuşundan sonra səhhəti düzəlmədi və 1 yanvar 1801-ci ildə Qotada vəfat etdi.

Mənbə

Ədəbiyyat

Marian Hefter: Verhandeltes Zeremoniell. Wissen und Normen am Gothaer Fürstenhof (1640–1800) (= Norm und Struktur. Band 55). Böhlau Verlag, Köln 2026, ISBN 978-3-412-53491-2 Albina Danilova: Five Princesses. Daughters of Emperor Paul I, Izografus, Eksmo-Press 2001, pp. 37–138 – 464 p. ISBN 5-87113-107-7

İstinadlar

Kateqoriya:Meklenburq-Şverin sülaləsi