Butan Kralı — Butan Krallığının dövlət başçısı. Kralın rəsmi vəzifəsi hərfi tərcümədə əjdaha kralı mənasını verir. Butan dzonqxa dilində ildırımlı əjdaha ölkəsi kimi tərcümə olunan Drukyul kimi tanınır. Beləliklə, Butan kralları Druk Yalpo kimi tanınsa da, Butan xalqı özlərini druk xalqı (əjdaha xalqı) mənasını verən drukpa adlandırırlar.
İstinadlar
Kateqoriya:Kral titulları Kateqoriya:Milli və ya etnik liderlik adları