thumb|Mari Luid

Mari Luid (, ) — Cənubi Uelsdə yayılmış ənənəvi xalq mərasimidir. Bu ənənədə At kəlləsindən hazırlanmış, dirəyə bərkidilmiş və üzərinə parça örtülmüş xüsusi “hobby horse” fiqurundan istifadə olunur. Fiquru parça altında gizlənən bir şəxs daşıyır. Mari Lwyd ənənəsi adətən qış mövsümündə keçirilən wassailing mərasimləri ilə əlaqələndirilir.

Təsviri və mərasim

Mari Luid at kəlləsindən hazırlanmış, lentlərlə bəzədilmiş və dirəyə bərkidilmiş mərasim fiqurudur. Kəllənin arxasına ağ parça bağlanır və bu parça onu daşıyan şəxsi gizlədir. Bəzi nümunələrdə at başı kəllə əvəzinə ağac və ya kağızdan hazırlanır, çənənin açılıb-bağlanması üçün isə mexanizmdən istifadə olunur.

thumb|Fotoşəkil Frederik Evans tərəfindən 1904-1910-cu illərdə çəkilmişdir

Mari Lwyd ənənəsi əsasən Milad və Yeni il dövründə, adətən axşam saatlarından gecəyə qədər keçirilirdi. Mərasim iştirakçıları Mari Luid ilə bərabər evlərə gedərək mahnı oxuyur və içəri buraxılmağı tələb edirdilər. Ev sahibləri isə müxtəlif bəhanələrlə onları içəri buraxmamağa çalışırdılar. Tərəflər arasında pwnco adlanan, mahnı və şifahi mübahisədən ibarət qarşılaşma keçirilirdi. Ev sahibləri cavab verməkdə çətinlik çəkdikdə qrupu içəri buraxır və onlara yemək və içki təqdim edirdilər.; ; ; ;

İçəri daxil olduqdan sonra Mari Luid ətrafında əyləncə davam edir, fiquru daşıyan şəxs onun at kimi kişnəməsini və çənəsini tərpətməsini imitasiya edirdi. Mərasimdə musiqiçilər və digər personajlar da iştirak edə bilirdi. Folklorşünaslıq ilə məşğul olan Iorwerth Peate Mari Luid ənənəsini Britaniyanın digər regionlarındakı wassailing ənənəsinin Uelsdəki variantlarından biri hesab edirdi.; ; ; ;

Mənşəyi

Mari Luid ənənəsinin mənşəyi dəqiq məlum deyildir. Bəzi tədqiqatçılar onu xristianlıqdan əvvəlki mərasimlərin qalığı, bəziləri isə wassailing ənənəsi ilə əlaqəli hesab etmişdirlər. Digər bir nəzəriyyəyə görə, Mari Luid Müqəddəs Məryəmin eşşəyini simvolizə edə bilər. Müasir tədqiqatçılar isə bu cür qədim mənşə iddialarına daha ehtiyatla yanaşırlar.

Regional yayılması

Mari Luid ənənəsi əsasən Cənubi Uelsdəki Qlamorqan regionu ilə əlaqələndirilirdi və qeydə alınmış nümunələrin böyük hissəsi burada aşkar edilmişdir. Ənənə Monmouthshire və Carmarthenshire regionlarına da yayılmış, Brecknockshire, Ceredigion və Şimali Uelsdə isə ayrı-ayrı nümunələri qeydə alınmışdır. Tədqiqatçılar onun yayılmasının dəqiq səbəbini müəyyənləşdirə bilməsələr də, ənənənin mədənçiliklə əlaqəli icmalar vasitəsilə yayıldığını ehtimal etmişdirlər.

Etimologiyası

Mari Luid ənənəsi müxtəlif adlarla tanınsa da, mənbələrdə əsasən Mari Lwyd adı işlədilir. 1909-cu ildə Marie Trevelyan Mari Luid adının XVII əsrdən Uelsin bəzi regionlarında işlədildiyini və bunu “Boz ölüm”, yəni ölən və ya ölməkdə olan ilin simvolu kimi izah etmişdir.

İstinadlar

Kateqoriya:Mədəniyyətdə atlar Kateqoriya:Uels folkloru Kateqoriya:Uels mədəniyyəti