Leonlu Urraka () və ya Qorxmaz Urraka (; ) — Kastiliya, Qalisiya və Leon kraliçası, Araqon və Navarra kraliça-konsortu.
1081-ci ildə Leonda dünyaya gəldi. Atası Kastiliya, Qalisiya və Leon kralı VI Alfonso, anası isə Burqundiya hersoqu I Robertin qızı Konstansadır. Hələ 1087-ci ildə uşaq yaşlarında Burqundiya qrafı I Vilyamın oğlu Raymondla formal olaraq evləndirildi. Tamamilə siyasi məqsədlərlə baş tutan bu evlilik 1093-cü ildə rəsmiyyət qazandı. Artıq yetkinlik yaşına çatdı və əri Raymond Qalisiya qrafı ünvanı aldı. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.
Sança Raymundes (1102-1159) VII Alfonso (1105-1157)
1107-ci ildə əri vəfat etdi. Anasının vəfatından sonra atası bir neçə qadınla rəsmi (və qeyri-rəsmi) evliliklər yaşasa da, oğul övladı olmadı. Bu səbəblə, ögey qardaşı Sanço Alfonsesin doğulduğu 1093-cü ilədək taxt sıralamasında birinci yerdə idi. Qardaşının 1108-ci ildə döyüş meydanında vəfat etməsindən sonra yenidən taxt varisi elan edildi. Oğul övladının olmasına baxmayaraq, dul idi və siyasi nüfuz qazanması üçün atasının istəyilə 1109-cu ilin əvvəlində Araqon və Pamplona kralı I Alfonsoyla evləndirildi. Beləcə, Araqon və Navarra kraliça-konsortu ünvanı qazandı.
Çox keçmədən atasının vəfatıyla, 1 iyul 1109-cu ildə Kastiliya, Qalisiya və Leon kraliçası kimi taxt-tacı miras aldı. 1111-ci ildə Qalisiya taxt-tacını ilk evliliyindən doğulan oğlu Alfonsoya təhvil verdi. Ancaq ərinin ona və yerli əhaliyə olan kobud rəftarı və aldığı sərt tədbirlər səbəbilə bu evliliyi 1112-ci ildə başa çatdı. Onun ikinci evliliyindən övladı olmadı.
Onun sevgilisi Pedro Qonzalez de Laradan 2 nigahdan kənar övladı doğuldu.
Elvira Perez de Lara (1112-1174) Fernando Perez Hurtado (1114-1156)
1126-cı ildə doğuş əsnasında vəfat etdi.
Mənbə
Ədəbiyyat
İstinadlar Kateqoriya:XII əsr Avropa hökmdarları Kateqoriya:XI əsr qadınları