Cümə məscidi (Biləsuvar) — Məscid Biləsuvar şəhərinin mərkəzində, Heydər Əliyev küşəsi, 63-də yerləşir.Biləsuvar şəhər Cümə məscidi. İstifadə tarixi: 04.09.2026

Haqqında Məscid 1992-ci ildə inşa olunub. Biləsuvar şəhər Cümə məscidi keçmiş icra hakimiyyətinin başçısı Yusif Mehtiyev və Axund Əlifağa Böyükağa oğlu təşəbbüsü ilə yerli sakinlərin vəsaitinə tikilmişdir.

Məscid iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Məscidin əsas binasının günbəzi ağ dəmir təbəqədən işlənmişdir. İbadət evinin iki minarəsi var və onların hündürlüyü 15 metr təşkil edir. Pəncərələr tağvari formadadır və taxtadan düzəldilib. Məscidin tağvari formalı üç giriş qapısı var. Əsas ibadət zalı dairəvi formadadır. Məscidin minbəri taxtadandır və yeddipilləlidir.

Burada eyni zamanda mədrəsə də tikilmişdir. Tədris binası dairəvi formadadır. Bu ibadət yeri yerli əhəmiyyətli tikilidir.

Mənbə Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası, "Beynəlxalq əl-Huda" nəşriyyatı, Bakı — 2001, ISBN 964-8121-59-1. ebooks.az; archive.org Aqşin Mistanlı. Cənub Bölgəsinin Abidələr Ensiklopediyası. 2020. Bakı

Həmçinin bax Məscid Beynəlxalq məscid günü Azərbaycandakı məscidlərin siyahısı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycandakı şiə məscidləri Kateqoriya:Azərbaycan məscidləri